Yaponiyada aprelin 12-də yaşlı sakinlərə COVID-19 virusuna qarşı peyvənd vurulmasına başlanılıb
Tokio, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Yaponiyada sayı 36 milyona çatan yaşlı sakinlərə koronavirusa qarşı peyvənd vurulmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Yaponiyada tibb işçilərinə ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətləri tərəfindən hazırlanmış peyvəndlərin vurulmasına fevral ayında başlanılıb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, peyvənd vurulması bütün ölkə üzrə 120 məntəqədə aparılacaq. Peyvəndin vurulması ilə əlaqədar ötən bazar günü Tokio, Kanaqava və Osaka prefekturalarının hər birinə 3900, digər prefekturalara isə 1950 doza peyvənd göndərildiyi də qeyd edilir.
Həmçinin nazirlikdən bildirib ki, bütün işlər nəzərdə tutulduğu qaydada davam edəcəyi təqdirdə, ölkə üzrə bütün yaşlı sakinlərə iki doza peyvəndin vurulması iyunun sonunadək başa çatdırılacaq.
Peyvənd vurdurmaq istəyənlərin həm telefon, həm də onlayn şəkildə yerli bələdiyyələrə müraciət edərək qeydiyyatdan keçməsi və lazımi talonu əldə etməsi tövsiyə olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]