Yaponiyada qalmaqala görə iqtisadiyyat naziri və partiya rəhbərləri dəyişdiriləcək
Bakı, 10 dekabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Fumio Kişida ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimuranı, eləcə də hakim Liberal Demokrat Partiyasında bir neçə nüfuzlu siyasətçini dəyişdirmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə milli “The Asahi” qəzeti yazıb.
Bildirilib ki, onlar siyasi ianələr toplamaqdan gəlir əldə etməkdə şübhəli bilinirlər.
Nəşrin məlumatına görə, partiyanın siyasi şurasının rəhbəri Koişi Haqiuda və partiyanın daha bir neçə təmsilçisi postlarını itirə bilər.
Nişimura, digər sahələrlə yanaşı, Rusiya ilə iqtisadi sahədə əməkdaşlığa cavabdehdir. Müxalifət bundan əvvəl Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya ilə münasibətlərə nəzarət edən nazir vəzifəsinin ləğvini tələb edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]