Yaponiyada sürətli bərənin dəniz heyvanı ilə toqquşması nəticəsində xəsarət alanlar var
Tokio, 9 mart, AZƏRTAC
Martın 9-da Yapon dənizində, Niiqata prefekturasının yaxınlığında sürətli bərənin böyük dəniz heyvanı ilə toqquşması nəticəsində azı 87 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Göyərtəsində 120 sərnişin olan bərə Niiqata limanından Sado adasına yola düşüb. Adaya çatmağa az qalmış sürətlə hərəkət edən bərə sualtı obyektlə toqquşub. Bunun yaxınlıqda üzən balina olduğu güman edilir. Nəticədə göyərtədə olan sərnişinlərin böyük əksəriyyəti müxtəlif dərəcəli xəsarətlər alıblar.
Bərənin özü də xəsarət alıb. Belə ki, adaya çatdıqdan sonra onun göyərtəsində 15 santimetrlik çatın əmələ gəldiyi və sualtı qanadların əzildiyi məlum olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:02]
Fransa və Estoniya arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilir
- 18.06.2026 [16:36]
Alimlər ən effektiv arıqlama dərmanını müəyyənləşdiriblər - tədqiqat
- 18.06.2026 [16:00]
Niderland Fransadan F21 torpedasını alacaq
- 18.06.2026 [15:58]
Çinli alimlər lələkli dinozavr növü tapıblar
- 18.06.2026 [15:39]
Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb
- 18.06.2026 [15:31]
İyunun 18-i Davamlı Qastronomiya Günüdür
- 18.06.2026 [15:14]