Yaponiyada “Trami” tufanı nəticəsində azərbaycanlılar xəsarət almayıb
Tokio, 1 oktyabr, AZƏRTAC
Sentyabrın 30-da Yaponiyanı ağuşuna alan güclü “Trami” tufanı nəticəsində bu ölkədə olan azərbaycanlılar xəsarət almayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyi tərəfindən agentliyin bu ölkədəki xüsusi müxbirinə məlumat verilib.
Məlumatda qeyd edilir ki, təbii fəlakət nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Vəziyyət tam nəzarət altındadır.
Xatırladaq ki, Yaponiyada “Trami” tufanı Sakit okenda yaranıb. Cənubdan Yaponiyaya yaxınlaşan tufan özü ilə şiddətli külək və güclü yağış gətirib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində iki nəfər həlak olub, daha iki nəfər itkin düşüb və təqribən 120 nəfər xəsarət alıb. Ümumilikdə 400 minə yaxın ev elektrik enerjisiz qalıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]
Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər
- 01.10.2026 [12:00]