Yaponiyada yeni koronavirusa gün ərzində ən çox yoluxma qeydə alınıb
Tokio, 15 mart, AZƏRTAC
Martın 14-də Yaponiyada yeni koronavirusa 63 yoluxma qeydə alınıb. Bu, bir gün ərzində ölkədə virusa ən çox yoluxma halıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bununla da Yaponiyada yeni koronavirusa yoluxanların sayı 773-ə çatıb. “Diamond Pricess” kruiz laynerinin göyərtəsində qeydə alınmış 697 hal, həmçinin Çindən çarter reysi ilə ölkəyə gətirilənlər arasında aşkar edilmiş 14 hal buraya daxil deyil. Bununla yanaşı, martın 14-də Yaponiyada yeni koronavirusdan daha bir ölüm faktı qeydə alınıb ki, bununla da həmin virus nəticəsində vəfat edənlərin sayı, ümumilikdə, 29 nəfərə çatıb.
Əlavə olaraq bildirilir ki, yeni koronavirusa ən çox yoluxma halı Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında qeydə alınıb - 144 nəfər. Aiçi prefekturasında 121, Osakada 102, Tokioda isə 87 belə hal qeydə alınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]