Yaponiyada zəlzələ qurbanlarının sayı 35 nəfərə çatıb
Bakı, 31 iyul, AZƏRTAC
Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə yüksəlib, 120-dən çox insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə prefektura rəsmiləri məlumat yayıblar.
Bildirilib ki, zəlzələ nəticəsində Kumamoto prefekturasında azı 5300 ev elektriksiz, təxminən 80 min ev isə susuz qalıb.
Qeyd edək ki, iyulun 28-də baş verən 7,1 bal gücündə zəlzələ son illərin ən güclü təbii fəlakətlərindən biri hesab olunur. Hazırda xilasetmə və bərpa işlərinə Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4600 hərbçisi cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]