Yaponiyanın cənub-qərbində gün ərzində eyni gücdə iki zəlzələ olub
Tokio, 27 mart, AZƏRTAC
Martın 27-də Yaponiyanın cənub-qərbində yerləşən Kyüşü adasının yaxınlığında gün ərzində 5,4 bal gücündə iki zəlzələ qeydə alınıb. Sunami xəbərdarlığı elan edilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentri Sakit okeanda, Miyazaki prefekturasından şərqdə, ocağı okean dibinin 10 kilometr dərinliyində qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Yeraltı təkanlar bütün Kyüşü adasında və qonşuluqdakı Şikoku adalarında hiss olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]