Yaponiyanın cüdo əfsanələri Bakıdakı “Böyük Dəbilqə”də iştirak edəcəklər
Bakı, 5 fevral, AZƏRTAC
Dünyanın ən güclü komandalarından biri olan Yaponiya əsas heyəti ilə Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Yaponiyanın Olimpiya və dünya çempionları “Paris-2024” Yay Olimpiya Oyunlarından sonra ilk dəfə güclərini bu yarışda nümayiş etdirəcəklər.
Qadınlarda arasında Olimpiya və üçqat dünya çempionları Natsumi Çunoda (48 kiloqram), Uta Abe (52 kiloqram), Olimpiya və dünya mükafatçısı Ryuju Naqayama (60 kiloqram) məharətlərini göstərəcəklər.
Kişilərin mübarizəsində isə Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovla dünya çempionatının finalında qarşılaşan Tatsuki İşihara (73 kiloqram), Olimpiya və dünya mükafatçısı Sanşiro Murao (90 kiloqram) gücünü sınayacaq. Həmçinin, ikiqat Olimpiya və üçqat dünya çempionu Ono Şoheyinin də məşqçi kimi Yaponiyanın nümayəndə heyətinin tərkibində Bakıda olması gözlənilir.
Qeyd edək ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə”də 39 ölkədən ümumilikdə 281 cüdoçu mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]