YAPONİYANIN İMPERATORU ƏLAHƏZRƏT AKİHİTOYA
Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün Yaponiya xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Azərbaycan-Yaponiya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın daha da inkişafı, əlaqələrimizin hərtərəfli genişlənməsi istiqamətində daim səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 dekabr 2005-ci il.