“YARAT”da növbəti tədbir XX əsrdə yaşayıb-yaradan rus ədiblərinə həsr ediləcək
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində “Qatarın gəlməsi” adlı poeziya axşamı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrinin iştirakı ilə reallaşacaq gecədə XX əsrdə yaşayıb-yaradan, amansız zamanın qurbanlarına çevrilən rus şairlərin taleyindən bəhs olunacaq. XX əsri rus poeziyası tarixində ən gözəl, eyni zamanda ən çətin dövr kimi adlandırırlar. İnqilablar, müharibələr, mühacirətlər, repressiyalar... Yüzillik sərt polad maşını kimi, relslər boyunca irəliləyərək öz yolunda heç kimə aman vermədi. Dövr dahilər və şedevrlər yaradırdı, amma, eyni zamanda, dəhşətli, məhvedici gücə sahib idi.
Hər kəsin qatıla biləcəyi tədbir rus dilində aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]