Yardımlıda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Yardımlı, 31 mart (AZƏRTAC). Yardımlı Rayon İcra Hakimiyyətində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Çıxış edənlər ermənilər tərəfindən total ideoloji təcavüz, terror və irimiqyaslı hərbi əməliyyatlarla müşayiət olunan soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın dədə-baba torpaqlarından qovulduğunu, müxtəlif təzyiq və təhqirlərə məruz qaldığını bildirmişlər.
Toplantıda erməni millətçilərinin 200 ilə yaxın bir dövrdə azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər pislənmiş, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin başlatdığı məqsədyönlü fəaliyyətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
Çıxışlarda ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti pislənərək mənfur düşmənlərimizin çirkin əməllərini bu gün də davam etdirdiyi, Azərbaycanın 20 faiz ərazisinin zəbt olunduğu, soydaşlarımızın olmazın əziyyətlərə məruz qaldığı, əzəli torpaqlarından qovularaq qaçqın və köçkün həyatı yaşadıqları bildirilmişdir.
Natiqlər nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan ermənilərin tezliklə layiqli cəzalarını alacaqlarına, zəbt olunmuş torpaqlarımızın azad olunacağına, qaçqın və məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıdacaqlarına əminliklərini ifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]
Erməni təcavüzünün tarixə yazılmış qanlı səhifəsi - MƏQALƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]