YARIM İLDƏ 8035,0 MİN TON YÜK DAŞINMIŞDIR
Bu barədə AZƏRTAC-ın müxbirinə Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları İdarəsindən məlumat vermiş və bildirmişlər ki, 2003-cü ilin altı ayı ərzində 80 min 961 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 8035,0 min ton yük daşınmışdır. Bunlardan 4702,6 min tonu ixrac əməliyyatlarının, 3332,4 min tonu isə idxal əməliyyatlarının payına düşür.
Əsasən, dəmir yolu və avtomobil nəqliyyatından istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəqletmə vasitəsi olan boru kəmərindən istifadə edilmişdir.
Tranzit rejimində Azərbaycan ərazisindən 4633073,3 ton yük keçirilmişdir. Yüklər, əsasən, Gürcüstana, Tacikistana, Kiprə, Türkmənistana, Türkiyəyə, Rusiyaya və İsveçrəyə göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]