YARIM İLDƏ 8035 MİN TON YÜK DAŞINMIŞDIR
Bu barədə AZƏRTAC-ın müxbirinə Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları İdarəsindən məlumat vermiş və bildirmişlər ki, ilin ötən altı ayı ərzində 80 min 961 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 8035 min ton yük daşınmışdır. Bunlardan 4702,6 min tonu ixrac, 3332,4 min tonu isə idxal əməliyyatlarının payına düşür.
Yükdaşımalarda, əsasən, dəmir yolu və avtomobil nəqliyyatından, boru kəmərlərindən istifadə edilmişdir.
Tranzit rejimində Azərbaycan ərazisindən 4633073,3 ton yük keçirilmişdir. Yüklər, əsasən,Türkiyəyə, Rusiyaya, Gürcüstana, Tacikistana, Türkmənistana və İsveçrəyə göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
- 10.06.2026 [14:40]
® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
- 10.06.2026 [13:32]