“Yarımçıq qalmış” tamaşası “Landau School”da nümayiş olunub
Bakı, 24 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin Aprel döyüşlərinin yeddinci ildönümünə həsr etdiyi “Yarımçıq qalmış” tamaşası “Landau School” Təhsil Kompleksində nümayiş olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, müəllim-şagird kollektivi tərəfindən maraqla qarşılanan tamaşanın aktyor heyəti, səs rejissoru və rejissoru təşəkkürnamə ilə təltif edilib.
Xatırladaq ki, “Yarımçıq qalmış” tamaşası Mədəniyyət-Yaradıcılıq Mərkəzinin əməkdaşı Vahid Orucoğlunun quruluşçu rejissorluğu ilə universitet tələbələri tərəfindən səhnələşdirilib. Tamaşa Yefim Abramov və Leyla Bəyimin Aprel şəhidlərinin xatirəsinə həsr etdikləri “Xəyalpərvər oğlanlar” əsəri əsasında hazırlanıb.