“YAŞAT” düşərgəsinin 7-ci həftəsinə start verilib
Bakı, 29 avqust, AZƏRTAC
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsinin 7-ci həftəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk gündə Şamaxı Safari Parka və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyalar təşkil olunub. Sonra düşərgənin açılış mərasimi keçirilib, iştirakçılara həftəlik proqram barədə ətraflı məlumat verilib. Gün əyləncə saatı ilə davam edib.
İkinci günə psixoloqlarla görüşlə başlayan uşaqlar oteldaxili əyləncə saatına da qoşulublar.
İştirakçıların Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevlə görüşü də keçirilib. Qonaq Fondun fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verib, həmçinin uşaqlarla birgə nahar edib.
İkinci gün futbol və voleybol saatı, eləcə də əyləncəli yarışlarla davam edib.
Düşərgənin tərəfdaşları “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” oteli, baş sponsoru Bakcell, sponsorları “Nar”, “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.