“YAŞIL DÜNYA NAMİNƏ” BEYNƏLXALQ SƏRGİSİ AÇILMIŞDIR
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da “Yaşıl dünya naminə” adlı beynəlxalq sərgi açılmışdır.
Açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edirlər.
Ekologiya İli çərçivəsində keçirilən sərginin məqsədi Azərbaycanda və digər ölkələrdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin, tətbiq edilən texnologiyaların geniş auditoriyaya təqdim edilməsi, bu sərgidə müxtəlif şirkətlərin qazandığı təcrübəni nümayiş etdirməkdir. Sərgidə ekoloji problemlərin həllində təcrübəyə malik 30-a yaxın xarici, yerli şirkətlər, dövlət qurumları və QHT-lər iştirak edir.
Sərgi sentyabrın 18-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]