YAXIN 3 GÜN ƏRZİNDƏ HAVANIN DƏYİŞKƏN BULUDLU OLACAĞI, YAĞMURSUZ KEÇƏCƏYİ GÖZLƏNİLİR
Bakı, 21 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, cənub, cənub-qərb küləyinin əsəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 15-17, gündüz 27-30 dərəcə isti təşkil edəcəkdir.
Sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru buludluluğun artacağı, gecə isə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcəkdir. Havanın temperaturu gecə 15-17, günün birinci yarısında 27-31, axşam 22-24 dərəcə isti olacaqdır.
Sentyabrın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcəkdir. Havanın temperaturu gecə 14-17, gündüz 22-25 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında sentyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyi əsəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaqdır.
Sentyabrın 23-24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 23-də bəzi şimal rayonlarında axşam, sentyabrın 24-də isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcəkdir. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, sentyabrın 24-də 22-24, dağlarda gecə 9-14, gündüz 17-22, sentyabrın 24-də isə 12-17 dərəcə isti təşkil edəcəkdir.