Yeddi Aİ ölkəsi Ukrayna ilə “PUA səddi”ni müzakirə edəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) 7 ölkəsi Avropa Komissiyası (AK) və Ukrayna ilə birlikdə pilotsuz uçuş aparatları (PUA) üçün sədd təklifini müzakirə edəcək.
AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, onlayn müzakirələrdə Estoniya, Latviya, Litva, Finlandiya, Polşa, Rumıniya, Bolqarıstan nümayəndələri və Aİ-nin müdafiə məsələləri üzrə komissarı iştirak edəcək.
Avropa İttifaqından bildiriblər ki, bu müzakirə AK prezidenti Ursula Fon der Lyayenin bəyanatının konkret davamıdır, çünki artıq Rumıniya və Polşada son hücumlar və müdaxilələr baş verib.
Bundan əvvəl Aİ Estoniya və Litvanın Rusiya ilə sərhədində “PUA səddi” üçün maliyyə ayırmasını rədd etmişdi. Bu iki Baltikyanı respublikanın sərhəd xidmətinin nümayəndələri səddin maliyyələşdirilməsi üçün Aİ-yə birgə ərizə təqdim ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [15:47]
Ankarada TDT ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
- 28.10.2026 [15:41]
Türkiyənin xarici ticarət həcmi artır
- 28.10.2026 [15:30]
ABŞ-yə məxsus “Osprey” təyyarəsi Yaponiyada təcili eniş edib
- 28.10.2026 [15:16]
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
- 28.10.2026 [14:47]
“Rosatom” “Paks II” layihəsi üzrə işləri davam etdirir
- 28.10.2026 [14:44]
Azərbaycanlı boksçular Almaniya çempionatında uğurla çıxış ediblər
- 28.10.2026 [14:31]