“YEDİNAYA ROSSİYA” PARTİYASININ QURULTAYINDA ÜÇ İCTİMAİ-SİYASİ CƏRƏYAN YARADILACAQ
AZƏRTAC xəbər verir ki, aprelin 14-də Moskvada “Yedinaya Rossiya” Partiyasının ikigünlük qurultayı açılacaqdır. Gündəmdə duran başlıca məsələ prezidentlikdən baş nazir kürsüsünə keçən Vladimir Putinin partiyaya başçılıq edib-etməyəcəyidir. Əksər müşahidəçi və politoloqların fikrincə, Putin partiyaya daxil olmasa da quruma başçılıq edəcəkdir.
Putin mayın 8-də Baş nazir vəzifəsinə namizəd kimi Dövlət Dumasına təqdim olunacaqdır. Beləliklə, partiya hökuməti ideyası həyata keçiriləcəkdir. Digər maraqlı məsələ D.Medvedevin partiyaya daxil olub-olmayacağıdır. Politoloqların rəyinə görə, o, partiyaya daxil olmayacaqdır.
2 milyon üzvü olan hakim partiyanın ideologiyası Vladimir Putinin xəttinin, o cümlədən onun təklif etdiyi 2020-ci ilədək inkişaf strategiyasının dəstəklənməsidir.
Putin və Medvedev qurultayın işinə ikinci gün qatılacaqlar. Birinci gün isə diskussiyalar keçiriləcəkdir. Qurultayda “Yedinaya Rossiya” Partiyasının üç ictimai-siyasi cərəyanı - liberallar, mühafizəkarlar və vətənpərvərlər cərəyanları qeydə alınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]