RƏSMİ XRONİKA
YƏMƏN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏLİ ABDULLAH SALEHƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Yəmən birliyi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Yəmən dostluğu, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, dost Yəmən xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 may 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2024 [09:07]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 16.06.2024 [14:13]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 15.06.2024 [21:40]