Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə Nizami rayonunda iməcilik keçirilmişdir
Bakı, 22 oktyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümü münasibətilə partiyanın Nizami rayon təşkilatının tədbirləri uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, YAP-ın Nizami rayon təşkilatının fəalları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin Qalada yerləşən ekoloji parkında iməcilik təşkil etmişlər. Aksiya zamanı tədbir iştirakçıları ağaclar əkmiş, ekoloji parkın ərazisi ilə tanış olmuşlar. İştirakçılara parkın yaranma tarixi, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi sahəsində görülmüş işlər və gələcək planlar barədə ətraflı danışılmışdır.
İməcilikdə, həmçinin parkın fəxri qonaqlar üçün ayrılmış ərazisində əkilmiş ağaclar, qapalı sahələrdə becərilən və yerli şəraitə uyğunlaşdırılmış ağac-kol növləri, o cümlədən qorunaraq çoxaldılan endemik, nadir və nəsli kəsilmək təhlükəsi olan bəzi bitki növlərinin çoxaltma üsulları, bir sıra bioekoloji xüsusiyyətləri barədə məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]