YENİ DƏMİR YOL MARŞRUTU AÇILACAQ
Bu ilin oktyabrından etibarən Bakıdan Yekaterinburqa dəmir yolu marşrutu açmaq nəzərdə tutulmuşdur. Azərbaycan Dövlət Dəmir Yolundan bildirmişlər ki, xeyli həmvətənimizin yaşadığı Yekaterinburqa qədər və geriyə bir platskart vaqon işləyəcəkdir. Həmin vaqon Bakı-Rostov qatarına, Rostovda isə Yekaterinburqa gedən qatara qoşulacaqdır. Gələn ildən isə birbaşa Bakı-Yekaterinburq qatarının işləməsi nəzərdə tutulmuşdur. 2003-cü ildən Bakı-Rostov sərnişin qatarında Kislovodska gedən ayrıca vaqon olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:26]
Misin qiyməti rekord göstəriciyə çatır
- 22.09.2026 [15:42]