Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma

Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma

Bakı, 16 avqust, AZƏRTAC

Ziddiyyətlər və qarşıdurmalarla zəngin dünyamızda siyasi proqnozlar verməyin dünyamızın özündən də mürəkkəb məsələ olduğu danılmaz həqiqətdir. Bu həqiqətə söykənməklə irəli sürdüyümüz mülahizə və fikirlərin elmi-siyasi polemikaya səbəb ola biləcəyini də istisna etmirik. Həqiqətin mübahisələrdən doğduğu və mübahisə tərəflərindən eyni məsafədə olduğu da istinad etdiyimiz yanaşmalardandır.

Bu sözlər Milli Məclisin deputatı Elman Nəsirovun “Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Tədqiqat predmeti ilə bağlı analizlərin səmərəliliyini təmin etmək üçün dünyanı iqtisadi inkişaf səviyyəsinə görə şərti olaraq 3 hissəyə bölünmüş şəkildə təhlil etməyə çalışaq.

“Birinci dünya” (inkişaf etmiş) 3 zonadan ibarətdir: Şimali Amerika, Qərbi Avropa və Yaponiya. Burada kapitalist iqtisadiyyatı və demokratik cəmiyyət institutları hökmrandır.

“İkinci dünya”ya (orta inkişaflı) - Müstəqil Dövlətlər Birliyi (MDB), Şərqi Avropa, Baltikyanı dövlətlər, Çin Xalq Respublikası (ÇXR) və Hindistan (ÇXR sırf iqtisadi inkişaf parametrlərinə görə inkişaf etmiş dövlətlər ailəsinin üzvü hesab oluna bilər) aid edilir. Bu dövlətlər üçün islahatlar, əvvəlki sosializm modelindən imtina, kapitalizmin qərb modelinə keçid xarakterikdir.

“Üçüncü dünya”( inkişaf etməkdə olan) isə ənənəvi olaraq Afrika, latın Amerikası, Yaxın və Orta Şərq, Şərqi Asiya ( ÇXR və Cənubi Koreya istisna olmaqla) və Cənubi Asiya ( Hindistan istisna olmaqla) ölkələrindən ibarətdir. Bu qrup dövlətlər üçün sosial-iqtisadi inkişafın aşağı səviyyəsi xarakterikdir.

Hər üç dünya müxtəlif xarakteristikaya malikdir.

“Birinci dünya” daxilində hər üç subregionun öz inteqrasiya zonası vardır: Qərbi Avropada-Avropa İttifaqı, Şimali Amerikada-NAFTA, Şərqi Asiyada isə institusion baxımdan tam tənzimlənməmiş Yaponiya-ABŞ, ABŞ-ASEAN ölkələri əlaqələrini göstərmək olar. Birinci halda söhbət inkişaf etmiş inteqrasiyadan, ikinci halda başlanmış prosesdən, üçüncü halda isə tendensiyadan gedir.

Hər üç subregion müasir dünyamızın əsas tendensiyası olan qloballaşmaya fəal şəkildə cəlb olunmuşdur. İnformasiya, nəqliyyat və rabitə sahələrində texnoloji inqilab bazasında vahid ümumdünya maliyyə-iqtisadi və informasiya məkanının dinamik formalaşması prosesi olan qloballaşma ABŞ-ın qlobal liderlik funksiyasını yerinə yetirməsi üçün əlverişlı şərait yaratmışdır. ABŞ bu məqsədlə “birinci dünya” daxilində regional inteqrasiyanı şəffaflaşdırmış, onu açıq etmiş və qlobal inteqrasiya üçün möhkəm özül yaratmışdır. Nəticədə ABŞ-ın geoiqtisadi birinciliyi qlobal liderliyi ilə əvəz olunmuşdur. Buna görə də ABŞ qloballaşmada hamıdan çox maraqlıdır, çünki bu vəziyyət ona nəinki “ikinci” və “üçüncü” dünyanı, eləcə də “birinci dünyan”ı bu və ya digər baxımdan nəzarətdə saxlamaq imkanı vermişdir. Elə məhz buna görə də Avropa dövlətləri tərəfindən bu siyasətə qarşı həyata keçirilən müqavimətin formalarından biri də regionlaşma və lokallaşmadır. Bu proses istənilən ölkədən lokal iqtisadi məkana kompaniyaların (investisiyaların) cəlb olunmasını ehtiva edir.

Bütövlükdə, “birinci dünya” öz iqtisadi mahiyyət və məzmunu etibarilə inteqrasiya olunmuş iqtisadi anklav kimi təqdim oluna bilər.

“Birinci dünya” iqtisadi, siyasi və hərbi baxımdan olduqca güclüdür və faktiki olaraq sonrakı iki dünya üzərində böyük təsiretmə imkanlarına malikdir. Bu baxımdan “soyuq müharibə”də qalib gəldikdən sonra ABŞ başda olmaqla, Qərbin beynəlxalq koordinatlar sistemində dominantlığı anlaşılan idi. Bu reallıq fonunda təkqütblü dünya nizamı formalaşmışdı. Burada ABŞ-ın təkqütblülüyün ekvivalenti qismində çıxış etdiyi şübhə doğurmurdu.

“İkinci dünya”nı nisbi inteqrasiya olunmuş hesab etmək olar. Məsələn, MDB çərçivəsində Rusiya ətrafında, Cənub-Şərqi Asiyada Çin ətrafında inteqrasiya prosesləri baş vermişdir.

Tərkibində mütləq qütb olmasa da (məsələn, ABŞ kimi), ÇXR yüksək inkişaf tempi məhz bu ölkənin həmin rola daha çox uyğun gəldiyini proqnozlaşdırmağa imkan verir. Gələcəkdə dünyada güclənməkdə olan iqtisadi qütbləşmə fonunda bu dövlətlərdən bəzilərinin “birinci dünya”ya, digərlərinin isə “ikinci dünya”ya transfer edəcəklərini ehtimal etmək olar.

Heç şübhəsiz, “ikinci dünya” ölkələri məhz çoxqütblü dünyada maraqlı olmuşlar və bu ölkələr arasında kifayət qədər iddialı olanlar da az deyil və bir mərkəzdə cəmlənmiş hakimiyyət onları xeyli dərəcədə narahat edən əsas amilə çevrilmişdir.

“Üçüncü dünya”da inteqrasiya mühiti yoxdur. Karib hövzəsi iqtisadi məkanı çərçivəsində Latın Amerikası dövlətlərinin razılaşdırılmış əməkdaşlığa yönəlmiş hərəkətləri ayrı-ayrı lokal cəhdlər kimi qiymətləndirilə bilər. “Üçüncü dünya” hal-hazırda müxtəlif siyasi-iqtisadi inkişaf səviyyəsində olan dövlətlərin konqlomeratıdır. Beləliklə, qloballaşma müstəvisində dünyanın geoiqtisadi strukturu ilə tanışlıqdan sonra aşağıdakı nəticələrə gəlmək mümkündür.

Birincisi, hal-hazırda ABŞ fövqəldövlət statusunu qoruyub saxlayır. Bu statusu “birinci dünya” dövlətlərinə münasibətdə də ABŞ-ın məlum davranışını şərtləndirir və nəticədə güclənməkdə olan bir qrup dövlətlərdə potensial narazı qüvvələrin gizli-aşkar formalaşması prosesi qaçılmaz ola bilər. Bu xüsusda Avropa İttifaqı perspektivdə ABŞ-a qarşı, nə qədər paradoksal səslənsə də, potensial rəqib ola bilər.

İkincisi, ABŞ-ın vahid qlobal liderlik ambisiyası “ikinci” və “üçüncü” dünya ölkələrinə münasibətdə daha real məzmun kəsb etdiyindən “çoxqütblü” dünyanın formalaşması istiqamətində səylər dinamik məzmun kəsb etməkdədir və yeni dünya nizamının yaranması prosesi məntiqi sonluğuna yaxınlaşmaqdadır.

Dünyada formalaşmış bu reallıqdan çıxış edərək, müasir beynəlxalq münasibətlərin mövcud strukturuna əsaslanmaqla və tarixi keçmişin əvəzolunmaz təcrübəsinə söykənməklə planetin perspektiv inkişaf dinamikasının nəticələri və bu prosesdə qanunauyğunluğun xüsusi çəkisi ilə bağlı mövqeyimizin təhlilinə keçək.

Beynəlxalq münasibətlərin strukturu müəyyən qanunauyğunluq əsasında kəmiyyət və keyfiyyət dəyişikliklərinə uğrayır. Adətən, (istisnalar da mümkündür) birqütblü struktur çoxqütblü strukturla əvəz olunur, axırıncısı isə öz növbəsində ikiqütblülüyü doğurur, sonra isə təkqütblülük yaranır və yenidən həmin proses təkrarlanır.

XIX əsrin əvvəllərinin beynəlxalq münasibətlərinin strukturunu Avropa qitəsi çərçivəsində təhlil etsək, görərik ki, Fransanın əlahiddəliyi fonunda təkqütblü dünya sistemi mövcud idi. Vyana konqresindən (1815-ci il) sonra çoxqütblü dünya (Avropa konserti) yarandı və əsrin sonunda ikiqütblü məzmun kəsb etdi. İki blok yarandı: Antanta və Üçlər İttifaqı.

Birinci Dünya müharibəsindən sonra təkqütblülük (ABŞ. 1918-1936-cı illər) çoxqütüblüklə ( ABŞ, İngiltərə, Almaniya, İtaliya, Yaponiya, SSRİ. 1937-1941-ci illər) əvəz olundu və İkinci Dünya müharibəsindən sonra ikiqütblülüyü şərtləndirdi. ( ABŞ və SSRİ. 1945-1990)

Sovet blokunun məğlubiyyəti təkqütblü sistemin yaranmasına səbəb oldu. (ABŞ.1991-ci ildən başlayaraq). Bu məntiqə əsaslansaq, təkqütblü sistemin öz yerini çoxqütblü struktura verməsi labüd prosesdir. Növbəti mərhələdə ikiqütblülük yaranacaq və onun özünün də konkret tarixi zamanda təkqütblüyə keçəcəyi proqnozlaşdırıla bilər. Bu strukturların hər birinin davamlılıq müddəti müxtəlif obyektiv və subyektiv amillərdən asılı olaraq fərqli ola bilər, lakin bizim üçün vacib olanı strukturların dəyisməsindəki qanunauyğunluq və ardıcıllıqdır.

İndi isə problemə məlum yanaşma məntiqindən çıxış edərək aşağıdakı sxemi tərtib etmək olar:

Üstqurum: bir güc mərkəzi-çox güc mərkəzi-iki güc mərkəzi

Bazis: birqütblü-çoxqütblü-ikiqütblü

Bu sxemə əsaslanmaqla müasir dünyadakı vəziyyətə aydınlıq gətirməyə çalışaq. Qeyd olunduğu kimi, dünyada bazis əsasında 1991-ci ildən başlayaraq birqütblülük hökm sürürdü və ona vahid güc mərkəzi timsalında üstqurum uyğun gəlirdi. Bu, ABŞ başda olmaqla “birinci dünya” və ya “qızıl milyard” ölkələridir. ABŞ həm bazisdə, həm də üstqurumda dünya lideri statusunda idi. Bəs hansı səbəblər və amillər mövcud beynəlxalq münasibətlərin strukturunun labüd dəyişkənliyini şərtləndirir? Beynəlxalq aləmdə ABŞ-ın vahid liderliyi üçün əsas mane qismində ÇXR çıxış edir. ÇXR öz iqtisadi artımı hesabına Şərqi Asiyada inteqrasiya zonasi yaratmaqda iddialı və israrlıdır, mövcud yüksək iqtisadi potensialını “ikinci” və “üçüncü” dünya ölkələrində işlək vəziyyətə gətirməklə, elə “birinci dünya”ya da təsir etmək imkanları əldə edə bilər.

Çin polad əridilməsi, kömür hasilatı, sement, kimyəvi gübrə, televizor, habelə buğda, pambıq, bitki yağları və meyvə istehsalına görə dünyada birinci yerdədir. Elektrik enerjisi, pambıq-parça məhsulları, ət və çay istehsalına görə isə ikinci yerdə bərqərar olmuşdur. Yer kürəsinin bütün əhalisinin beşdəbiri və işlək əhalisinin üçdəbirinə malik olan ÇXR sübut etmişdir ki, vaxtilə geridə qalan dövlət həyati əhəmiyyətli sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə aparıcı mövqeyə çıxa bilər.

Çin güclənməkdə olan iqtisadi potensialına adekvat olaraq fəal xarici siyasət kursu həyata keçirir. Məşhur Çin siyasi lideri Den Syaopinin “bir dövlət, iki sistem” prinsipini uğurla həyata keçirən rəsmi Pekin 1997-ci ildə Syanqanı (keçmiş Honkonq), 1999-cu ildə Aomini (Makao) xüsusi ərazi vahidi statusunda tərkibinə qata bilmişdir. Perspektivdə Tayvanın da analoji vəziyyətlə üzləşəcəyi istisna deyil. Rəsmi Vaşinqton “vahid Çin” prinsipinə sözdə loyallıq nümayiş etdirsə də, praktiki olaraq “Tayvan məsələsi”ndə rəsmi Pekinlə tam əks mövqedən çıxış edir. ABŞ Konqresi Nümayəndələr Palatasının Spikeri Nensi Pelosinin bir müddət öncə rəsmi Pekinin bütün etirazlarına məhəl qoymayaraq Tayvana səfər etməsi sözün həqiqi mənasında ABŞ-Çin münasibətlərində ciddi çatların yaranmasına səbəb olmuşdur. “Tayvan böhranı” bu gün hətta bir sıra parametrlər üzrə “Ukrayna böhranı”nı üstələmişdir. Bu böhranlar fonunda müvafiq olaraq həm Çin-ABŞ münasibətləri, həm də Rusiyanın ABŞ başda olmaqla kollektiv Qərb ilə əlaqələri tam qırılmaq həddinə gəlib çatmışdır. Həm Moskva, həm də Pekin Vaşinqtonu və Brüsseli ölkələrin daxili işlərinə qarışmaqda və beləliklə, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı həqarətli davranışda ittiham edirlər. Qarşı tərəflər də öz növbəsində analoji ittihamlarla çıxış edirlər. Kremlin məntiqinə görə, Ukrayna hərbi blok seçimində azaddır, lakin bu halda “təhlükəsizliyin bölünməzliyi” prinsipinə əməl edilməlidir, çünki Ukraynanın NATO seçimindən sonra Rusiya üçün ciddi təhdid yaranacaqdır. Ağ ev isə bu yanaşmanı qəbul etmir və məlum Rusiya-Ukrayna müharibəsində bütün istiqamətlər üzrə ikincinin yanındadır. Vəziyyətin dramatikləşməsi tendensiyası nüvə müharibəsi məsələsini aktual edir. Bu isə qlobal fəlakət deməkdir. Eyni zamanda, “Tayvan böhranı” fonunda Rusiya-Çin münasibətlərində xüsusi istiləşmə müşahidə olunmaqdadır. Bu reallıq isə çoxqütblü dünyanın tam formalaşması prosesinə əlavə stimul verir. Yeni dünya nizamının formalaşması prosesi məntiqi sonluğuna çatmaqdadır. Son Moskva-Vaşinqton, Moskva-Brüssel və Pekin-Vaşinqton qarşıdurması sözügedən prosesin həm lakmus kağızı, həm də katalizatoru olmuşdur.

Dünyada sadalanan geosiyasi və geoiqtisadi kataklizmlər, birqütblü dünyanın kollapsı və çoxqütblü dünyanın konturlarının daha qabarıq şəkildə özünü göstərdiyi reallıqda Azərbaycan dövlətinin beynəlxalq arenada yeritdiyi siyasəti necə qiymətləndirmək olar? Əvvəla, qeyd edək ki, Azərbaycanın xarici siyasəti müstəqildir və milli maraqları ifadə edir. Bu siyasətin sayəsində Azərbaycan güclənmiş və dünya siyasətində aparıcı aktorlardan birinə çevrilmişdir. Ölkəmizi tarixi uğurlara aparan bu siyasətin müəllifi ulu öndər Heydər Əliyevdir. Məhz ulu öndər Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyev tərəfindən kəskin dəyişən dünya reallıqlarına adekvat olaraq davam etdirilir, ona çeviklik, kreativlik və innovativlik əlavə edilərək tarixi uğurlara imza atılır. Həmin siyasətin təntənəsi işğal altında olan torpaqlarımızın azad olunmasında, tarixi ədalətin bərpasında və erməni faşizminin başının əzilməsində öz təsdiqini tapmışdır. Prezident İlham Əliyev mahir diplomat, dünya səviyyəli siyasi lider və Müzəffər Ali Baş Komandan olaraq Yenilməz Ordusu və mənəvi dayağı olan xalqının gücü ilə tarixi Zəfərə imza atmışdır. Qardaş Türkiyə dövlətinin müharibə dövründə göstərdiyi böyük siyasi və mənəvi dəstək unudulmazdır. Eyni zamanda, Prezident İlham Əliyev bu misilsiz Qələbənin nəticələrinin beynəlxalq aləmdə qəbul edilməsinə nail ola bilmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün dünyada olduqca mürəkkəb proseslər getməkdədir. Faktiki olaraq beynəlxalq hüquq işləmir. Dövlətlər arasında etimadsızlıq mühiti formalaşmaqda və dərinləşməkdədir. Birqütblü dünyanın “divarları” sökülməkdədir. Yeni dünya düzəninin “divarları”nın hörülməsi prosesi qarşıdurma və kataklizmlərlə müşayiət olunmaqdadır. Bəzi pessimist ekspertlər hətta bir az da irəli gedərək planetimizin üçüncü Dünya müharibəsinə yuvarlanmaqda olduğunu dilə gətirirlər.

Bax, bütün bu acı reallıqlar fonunda dövlətlərarası münasibətlərin ən sivil modelini qardaş Azərbaycan və Türkiyə dövlətləri ortaya qoymuşdur. Elə bir model ki, qarşıdurmaya-yox, əməkdaşlığa-hə deyir. Elə bir model ki, lokal, regional və qlobal səviyyələrdə sülhə, əmin-amanlığa və təhlükəsizliyə xidmət edir, xalqlar arasında birgəyaşayış mədəniyyətini və multikultural dəyərləri təblığ edir. Bu modelin qlobal geosiyasi maraqlarının təminatı naminə beynəlxalq hüququ “dəfn edən” böyük dövlətlər tərəfindən öyrənilməsi və praktiki olaraq fəaliyyətlərində tətbiq edilməsi ümumi evimiz olan Yer kürəsinin nicatı və hifzi baxımından son dərəcə zəruridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO