“Yeni Gallery” sərgi salonunda rəssam Hüseyn Haqverdinin “Metamorfoza” adlı fərdi sərgisi açılmışdır
Bakı, 6 may (AZƏRTAC). Mayın 6-da “Yeni Gallery” (Bakı İncəsənət Mərkəzi) sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar Rəssam Hüseyn Haqverdinin “Metamorfoza” adlı fərdi sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən rəssam H.Haqverdi sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür etmiş və belə tədbirlərin davamlı olmasını arzulamışdır.
Mərasimdə vurğulanmışdır ki, Hüseyn Haqverdi istedadlı rəssam olmaqla yanaşı, həm də bacarıqlı heykəltəraş kimi tanınır. Onun yaratdığı çoxsaylı heykəltəraşlıq nümunələri bir sıra beynəlxalq sərgilərdə və simpoziumlarda nümayiş etdirilmişdir.
Tanınmış rəssam-heykəltəraşın ən məşhur əsərləri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışına həsr etdiyi “Xəzər” monumental mozaik pannosu, həmçinin Bakıdakı Katolik kilsəsində qoyulmuş Deva Mariya heykəli hesab olunur. Sənətkarın işlərinin böyük bir hissəsi Müasir İncəsənət Muzeyində, Mədəniyyət və Turizm Nazirliyinin kolleksiyasında, həmçinin xarici ölkələrdəki bir çox fərdi kolleksiyalarda saxlanılır.
Sərgi mayın 14-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:44]
Hacı İsmayılov: Şarovskinin özünəməxsus yeri var idi
- 09.09.2026 [18:29]
Loğman Kərimov: Aleksandr Şarovski bütün varlığı ilə teatra bağlı idi
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]