Yeni ilə yeni töhfələrlə
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 13-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Yeni ilə yeni töhfələrlə” adlı konsertlə Klassik Musiqi Həvəskarları Klubunda musiqili görüşlərə start verilib.
Bu barədə AZƏRTAC-a Niyazinin mənzil-muzeyindən bildirilib.
Tədbirdə muzeyin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov musiqili görüşlərin əhəmiyyətindən danışıb.
Sonra musiqişünas, vokalçı Sevinc İbrahimova və şagirdlərinin ifalarında görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim edilib. Konsert proqramında Sevinc İbrahimovanın yeni bəstələri böyük maraqla qarşılanıb.