YENİ İŞ YERLƏRİ YARADILMIŞDIR
Salyan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulundan ötən müddətdə rayonda 5271 yeni iş yeri yaradılmışdır. Bunun 2782-si daimi, 2489-u isə müvəqqətidir. Həmin müddətdə rayonda kərpic zavodu, süd kombinatı, pambıq qəbulu məntəqəsi açılmış, olimpiya idman kompleksinin, yardımçı elektrik stansiyasının, qarışıq yem dəyirmanının, toxuculuq fabrikinin, pambıqtəmizləmə zavodunun və konserv kombinatının inşası, mərkəzi xəstəxananın əsaslı təmiri həyata keçirilmişdir. 2006-cı ilin axırınadək daha 300 iş yerinin yaradılması proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]