YENİ LAYİHƏ ABŞ VƏ AZƏRBAYCAN XALQLARI ARASINDA MÜNASİBƏTLƏRİN MÖHKƏMLƏNMƏSİNƏ XİDMƏT EDƏCƏKDİR
Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş təqdimat mərasimində Birləşmiş Ştatların Bakıdakı səfirinin müavini Ceyson Haylond demişdir ki, yeni layihədən məqsəd dövlət və özəl qurumların əməkdaşlarına təlim keçmək, onların ABŞ-a səfərlərini təşkil etmək, habelə ölkələrimizin regionları və xalqları arasında əlaqələri gücləndirməkdir.
Bildirilmişdir ki, müvafiq qaydada tibb, təhsil, din, mədəniyyət, kənd təsərrüfatı və s. sahələr üzrə seçiləcək mütəxəssislər üç həftə müddətində ABŞ-da öz həmkarlarının təcrübəsi ilə tanış olacaq və işgüzar əlaqələr yarada biləcəklər.
İlkin mərhələdə 5 il üçün nəzərdə tutulan layihənin icraçısı ABŞ-ın Procekt Harmony təşkilatıdır.