YENİ MƏHSULUN İSTEHSALINA BAŞLANMIŞDIR
Goranboy rayonunda fəaliyyət göstərən yağlı boya zavodunda daha iki inşaat materialının istehsalına başlanmışdır. Üzlük plitə və xırda gözlü torların istehsalı qaydaya salınandan sonra müəssisədə daha 30 nəfər işlə təmin olunmuşdur.
Zavodun direktoru Vidadi Hüseynov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hazırda müəssisədə çalışanların orta əmək haqqı 80 AZN-dir.