YENİ QAZ XƏTTİ ÇƏKİLMİŞDİR
Tovuz şəhəri əhalisinin qış mövsümündə təbii qaza olan tələbatını təmin etmək məqsədi ilə magistral qaz xəttindən 219 millimetrlik boru ilə 900 metr uzunluğunda yeni qaz xətti çəkilmişdir.
Rayon qaz istismarı idarəsinin müdiri Malik Babayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yeni qaz xətti 1200 abonentin təbii qazla təminatını yaxşılaşdıracaqdır.