Yeni tikilən binalardakı mənzillərə çıxarış verilməsi davam etdirilir
Bakı, 27 iyul, AZƏRTAC
Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillərin elektron çıxarışla təmin olunması davam etdirilir.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu iyulun 28-də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında, iyulun 30-da isə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 41,43 ünvanında keçiriləcək.
İyulun 24-dən bərpa edilən sənəd qəbulu prosesi çərçivəsində artıq iki ünvanda ümumilikdə 68 mənzilin sənədlərinin qəbulu aparılıb.