Yeni ümumi seçkilər İspaniyaya 140 milyon avroya başa gələcək
Bakı, 18 sentyabr, AZƏRTAC
Yeni növbədənkənar ümumi seçkilər İspaniyaya təxminən 140 milyon avroya başa gələcək.
AZƏRTAC Europa Press agentliyinə istinadla xəbər verir ki, son dörd ildə dördüncü dəfə keçiriləcək səsverməyə əlavə vəsait ayrılmasını ölkə hökuməti təsdiqləməlidir. 2015-ci ildən 2019-cu ilədək parlament seçkilərinə çəkilən xərc ümumilikdə 540 milyon avro təşkil edir.
Aprelin 28-də keçirilmiş növbədənkənar ümumi seçkilərdə Baş nazir əvəzi Pedro Sançesin İspaniya sosialist fəhlə partiyası qalib gəlib. Bununla belə, siyasi qüvvə Nazirlər Kabineti başçısını maneəsiz təsdiqləmək üçün parlamentdə mütləq çoxluq əldə edə bilməyib. Beləliklə, hökumətin formalaşdırılması məsələsində razılığa gəlmək mümkün olmayıb, Kral VI Filipp Baş nazir postuna namizəd irəli sürməyib.
Ölkə konstitusiyasına əsasən, əgər partiyalar sentyabrın 23-dək razılığa gəlməsələr, parlamentin hər iki palatası buraxılacaq və noyabrın 10-na yeni ümumi seçkilər təyin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]