Yeniyetmələr arasında ixtisas seçimi ilə bağlı yeni metodikanın tətbiqinə başlanılır
Bakı, 21 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi Elm və Təhsil, Gənclər və İdman nazirlikləri ilə birgə 15-16 yaşlı yeniyetmələr arasında ixtisas seçimi ilə bağlı yeni metodikanın tətbiqinə başlayır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycan Karyera İnkişaf Forumu”nda deyib.
M.Abbaszadə bildirib ki, metodika erkən yaşından insanın hansı istiqamətdə təhsil alsa, daha uğurlu karyera qura biləcəyini əks etdirir. Burada psixometrik testlər, xüsusi sorğu anketləri yer alıb: "Təbii ki, bu üsulla kiməsə yalnız məsləhət verə bilərik. Kimisə məcbur edə bilmərik ki, hansısa istiqaməti mütləq seçsin. Lakin metodikanı Dövlət İmtahan Mərkəzinin saytından başqa psixoloq.az saytında da yerləşdirmişik ki, valideynlərlə birgə yeniyetmələr də məlumat əldə etsinlər. Metodika ən əsas 9-11-ci siniflərdə təhsil alan şagirdlərin düzgün ixtisas seçimi etmələrinə hədəflənib. Düşünürəm ki, düzgün seçim üçün maarifləndirmə çox vacibdir. Hesab edirəm ki, birgə işimiz bu istiqamətdə uğurlu olacaq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]