YERLİ MÜƏSSİSƏLƏRƏ BEYNƏLXALQ SERTİFİKAT VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ABŞ-ın “Citizens Development Corps” təşkilatının ölkəmizdəki nümayəndəliyi kiçik və orta müəssisələr üçün bp-nin Biznes Mərkəzində ikigünlük seminar keçirmişdir. Seminarda Azərbaycanda texnoloji avadanlıq, nəqliyyat, tikinti, bank sistemi, avtomatik idarəetmə, poliqrafiya, istehsal və ticarət, neft-qazçıxarma, elektronika və digər sahələrdə kifayət qədər tanınmış 30-a yaxın şirkət və müəssisənin nümayəndələri iştirak etmişlər. Onlar İSO 9001; 2000 Beynəlxalq Sertifikatının alınması yolları, müəssisənin keyfiyyətli idarəetmə sistemi ilə təmin olunması və onlar üçün bu sertifikatın əhəmiyyəti barədə məlumatlandırılmışlar.
Sonda bəzi müəssisələrə beynəlxalq sertifikat verilmişdir.