Yevlaxda kitab bayramı keçirilmişdir
Yevlax, 7 may (AZƏRTAC). Yevlax şəhərindəki elektron kitabxanada ənənəvi kitab bayramı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ziyalılarının, kitabsevərlərin iştirakı ilə keçirilən tədbirdə kitabxananın direktoru Vüsalə Məmmədova, mədəniyyət evinin direktoru Eldəniz Mustafayev, tarix-diyarşünaslıq muzeyinin direktoru Aygün Qasımova və başqaları çıxış edərək bilik mənbəyi olan kitabın əhəmiyyətindən, cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirindən, ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışmışlar. Natiqlər latın qrafikalı kitabların nəşri ilə bağlı həyata keçirilən tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığını diqqətə çatdırmışlar.
Məlumat verilmişdir ki, hazırda rayonun kitabxanalarında 526 min nüsxə kitab vardır. İndiyədək rayonun kitabxana fonduna latın qrafikası ilə nəşr olunmuş 70 min nüsxə kitab verilmişdir.
Kitab bayramında məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, “Dan ulduzu” ədəbi məclisinin üzvləri ulu öndər Heydər Əliyevə və kitaba həsr olunan şeirlər söyləmişlər.
Kitabxanada təşkil olunmuş kitab sərgisi tədbir iştirakçılarında maraq doğurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:44]
Hacı İsmayılov: Şarovskinin özünəməxsus yeri var idi
- 09.09.2026 [18:29]
Loğman Kərimov: Aleksandr Şarovski bütün varlığı ilə teatra bağlı idi
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]