Yorden Van Forest "Tata Steel Masters" superturnirinin qalibi olub
Bakı, 1 fevral, AZƏRTAC
Niderlandın Veyk-an-Zee şəhərində ənənəvi "Tata Steel Masters" superturniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, 15 gün davam edən mötəbər turnir sürpriz şahmatçının - niderlandlı Yorden Van Forestin (8,5 xal) qələbəsi ilə nəticələnib. Çətin ki, turnirdən əvvəl kimsə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, amerikalı Faniano Karuana, niderlandlı Aniş Giri, fransalı Maksim Vaşye-Laqrav və FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca kimi şahmatçıların iştirakı ilə baş tutan turnirin qalibinin gənc şahmatçı Yorden Van Forestin olacağını proqnozlaşdıra bilərdi. Turnir boyu parlaq olduğu qədər də, ehtiyatlı oyun sərgiləyən Yorden, yekunda yarışı həmyerlisi Aniş Giri ilə eyni göstəricilərlə bitirib. Armaqeddona qədər uzanan tay-brekdə isə Yorden Van Forest karyerasında ən yüksək nəticəyə imza ataraq "Tata Steel Masters" kimi mötəbər yarışın qalibi olub.
Yekun nəticələrə görə, Aniş Giri (8,5 xal) ikinci, rusiyalı Andey Yesipenko (8 xal) üçüncü yerləri tutublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]