Yunanıstan bir ayda ikinci parlament seçkilərinə hazırlaşır
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 25-də Yunanıstan vətəndaşları parlament seçkilərində səs vermək üçün bir ay ərzində ikinci dəfə seçki məntəqələrinə gedəcək.
AZƏRTAC istinadla xəbər verir ki, əvvəlki seçkidə hakim partiya qələbə qazansa da, birpartiyalı hökumət formalaşdıra bilməyib. Seçicilərin yalnız 40,7 faiz səsini qazanan mühafizəkar partiya digər siyasi qüvvələrlə koalisiyaya girməkdən imtina edib.
Ölkənin hazırkı Baş naziri Kiriakos Mitsotakisin partiyasının əsas rəqibi sabiq hökumət başçısı Aleksis Tsiprasın partiyasıdır. Solçuların “Siriza” koalisiyası may seçkilərinin nəticələrini (20,07 faiz) yaxşılaşdırmağa çalışacaq.
Nikos Andrulakisin “Pasok” sosialist hərəkatı isə yeni seçkilərdən sonra ölkənin əsas müxalif qüvvəsi olacağına ümid edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]