Yunanıstanın Baş naziri ilk dəfə Şimali Makedoniyaya səfər edəcək
Afina, 2 mart, AZƏRTAC
Yunanıstanın Baş naziri Aleksis Tsipras qarşıdakı aylarda Şimali Makedoniyaya səfər edəcəyinı deyib.
AZƏRTAC xəbər verir ki, bu, Yunanıstanın Baş nazirinin Şimali Makedoniyaya ilk səfəri olacaq. Baş nazir “Delfi” iqtisadiyyat forumunda qeyd edib ki, onun üçün bu illər ərzində ən çətin məsələ hər iki ölkəyə 30 ildir ziyan gətirən Şimali Makedoniyanın adı ilə bağlı narazılıqların aradan qaldırılması idi. A.Tsipras vurğulayıb ki, iyunun 17-də imzalanan Prespa sazişi Balkanlarda sülhün, dostluğun, həmrəyliyin, əməkdaşlığın nümunəsidir. Baş nazir diqqətə çatdırıb ki, hər iki ölkə Ali Şura çağıraraq əməkdaşlığın dərinləşməsi istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2018-ci il iyunun 17-də Prespa gölünün sahilində iki ölkə arasında Makedoniyanın adının Şimali Makedoniyaya dəyişdirilməsi ilə bağlı saziş imzalanıb. Saziş Şimali Makedoniyanın NATO-ya və Avropa İttifaqına daxil olmasına şərait yaradıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]