Yunanıstanın Baş naziri: Türkiyə ilə münaqişə ehtimalı ağlasığmazdır
Bakı, 15 aprel, AZƏRTAC
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə ilə hərbi münaqişənin mümkünlüyünü “ağlasığmaz” adlandırıb.
AZƏRTAC xəbər verir ki, Kiriakos Mitsotakis bu barədə Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib. Onun fikrincə, son bir ildə iki ölkə arasındakı münasibətlər xeyli yaxşılaşıb.
Qeyd edək ki, ötən il dekabrın 7-də Prezident Rəcəb Tayyib Ərdoğanla Kiriakos Mitsotakis arasında keçirilən görüş zamanı Yunanıstan və Türkiyə arasında dostluq və mehriban qonşuluq bəyannaməsi imzalanıb.
Yunanıstan Baş nazirinin sözlərinə görə, 1923-cü ildə Osmanlı İmperiyasının dağılmasını rəsmiləşdirən və Türkiyə ərazisini onun müasir sərhədləri daxilində təmin edən Lozanna müqaviləsindən 100 il sonra tərəflər arasında imzalanmış bəyannamə iki ölkə arasında dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimad gündəliyini daha da genişləndirməyə imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]