Yunanıstanın İkariya adasında ardıcıl iki zəlzələ baş verib
Afina, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da İkariya adasında Rixter cədvəli üzrə 5,1 bal gücündə güclü təkanlar qeydə alınıb. Zəlzələnin episentri adanın 20 kilometr şimal-qərbində yerləşib. Afina Geodinamik İnstitutu mənbənin dərinliyini 17,5 kilometr kimi qiymətləndirib. 9 dəqiqə sonra seysmoqraflar Rixter şkalası üzrə 4,1 bal gücündə daha bir zəlzələ qeydə alıblar. Mənbənin dərinliyi 24,3 kilometr olub.
Qeyd edək ki, zəlzələ ilə bağlı məlumatlar Afina Geodinamik İnstitutu və Avropa-Aralıq dənizi Seysmoloji İnstitutu tərəfindən yayılıb. Onlar seysmoloqların iştirakı olmadan avtomatik kompüter sistemi ilə qeydə alınır və daim yenilənmə prosesindədir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]
Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub
- 18.06.2026 [12:02]