“YUNAYTED KREDİT BANK”IN EMİSSİYASI BAŞ TUTMAMIŞ HESAB EDİLMİŞDİR
Bakı, 15 yanvar (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) bildirmişlər ki, “Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) hər birinin nominal dəyəri 2 min manat olan 5 min ədəd adi, sənədsiz adlı səhmləri dövlət qeydiyyatına alınmışdır. Səhmlərin yerləşdirilməsi 2009-cu il yanvarın 1-dək müəyyən edilmiş, lakin bu müddətdə səhmlər yerləşdirilməmişdir. “Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması zamanı səhmlərin emissiyasının Qaydaları”nın 6.15 bəndinə əsasən səhmlərin emissiyası o zaman baş tutmuş hesab edilir ki, onların yerləşdirilmiş hissəsi yerləşdirilən səhmlərin miqdarının 50 faizini təşkil etsin.
Bunları nəzərə alaraq, QKDK sədrinin 2009-cu il 13 yanvar tarixli əmri ilə səhmlərin emissiyası baş tutmamış hesab edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2026 [14:38]
M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır
- 24.08.2026 [14:22]
“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb
- 24.08.2026 [12:45]
® “AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə tanınıb
- 24.08.2026 [12:40]