YÜNGÜL ATLETİKA ÜZRƏ BAKI KUBOKU UĞRUNDA YARIŞLAR BAŞA ÇATMIŞDIR
Bakı, 12 yanvar (AZƏRTAC). Respublika Olimpiya mərkəzinin manejində keçirilmiş yüngül atletika üzrə Bakı kuboku uğrunda yarışmalar başa çatmışdır.
Atletika Federasiyasından bildirmişlər ki, kişilər arasında hündürlüyə tullanma üzrə yarışda 1,95 metr nəticə göstərmiş Azər Əhmədov birinci olmuşdur. Yadro itələməkdə Lalə Ələsgərova (10,50 metr) və Ruslan Məlikov (15,46 metr), üçtəkanlı tullanmada Yekaterina Sarıyeva (11,06 metr) və Teymur Abbasov (15,75 metr) kubokun qalibləri olmuşlar. 60 metr məsafəyə qaçışda Valeriya Əzizova (8,13 saniyə) və Ramil Quliyev (6,72 saniyə), 400 metr məsafəyə qaçışda Lidiya Buqlak (51,19 saniyə) və İbrahim Əhmədov (51,19 saniyə), 1500 metr məsafəyə qaçışda isə Pərvanə Şirvanlı (5,19 dəqiqə) və Rəşad Mədətov (4,15 dəqiqə) ən yaxşı nəticə göstərmişlər.
60 metr məsafəyə maneələrlə qaçışda Zamiq Məmmədov (8,46 saniyə), 200 metr məsafəyə qaçışda Alyona Setina (27,51saniyə) və Valentin Bulıçev (22,27 saniyə), 800 metr məsafəyə qaçışda Pərvanə Şirvanlı (2,30 dəqiqə) və Hakim İbrahimov (1,59 dəqiqə), 3000 metr məsafəyə qaçışda Mahirə İsmayılova (13,28 dəqiqə) və Rəşad Mədətov (9,15 dəqiqə) kuboka sahib olmuşlar.
Uzunluğa tullanmada Leyla Paşayeva (5,63 metr) və Hüseyn Həsənov (6,46 metr) birinçi yerləri tutmuşlar.