Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yusif Şükürlü: Süni yemlə bəslənən tut ipəkqurdu hibridləri üzərində tədqiqat işlərimiz davam etdirilir

Yusif Şükürlü: Süni yemlə bəslənən tut ipəkqurdu hibridləri üzərində tədqiqat işlərimiz davam etdirilir

Şəki, 25 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycan Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” respublikamızda baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi istiqamətində son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsi və davamıdır. Dövlət Proqramının məqsədi ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir.

Dövlət Proqramında baramaçılıq və ipəkçilik sahəsində elmi təminatın gücləndirilməsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq strukturlarının qarşısında əsas vəzifələrdən biri olaraq qoyulub. Proqramın icrasında AMEA-nın Şəki Regional Elmi Mərkəz (ŞREM) də fəal iştirak edir.

Regional Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində görülən işlər və gələcək planlar barədə AZƏRTAC-ın bölgə müxbirinin suallarını cavablandırıb.

-Yusif müəllim, Dövlət Proqramının icrası ilə bağlı Şəki Regional Elmi Mərkəzin qarşısında hansı vəzifələr qoyulub?

-AMEA Rəyasət Heyətinin 2017-ci il 20 dekabr tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planında Şəki Regional Elmi Mərkəzə baramaçılıq və ipəkçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi istiqamətində tədqiqatların aparılması tapşırılıb. ŞREM bu sahədə AMEA-nın digər müvafiq institutları arasında aparıcı müəssisə rolunu oynayır. Hazırda Elmi Mərkəzin “Tut ipəkqurdunun seleksiyası” şöbəsi bu sahədə tədqiqat işlərini davam etdirir. Tədqiqat işlərimizin əsas istiqaməti sadəcə məhsuldar ipəkqurdu cinsi yetişdirmək deyil, eyni zamanda, bioloji və texniki göstəricilərinə görə müasir tələblərə cavab verən tut ipəkqurdu cinsləri yaratmaqdan ibarətdir. Fəaliyyətimizdə bu meyarı əsas tuturuq.

- Yeni, məhsuldar ipəkqurdu cinslərinin əldə edilməsi istiqamətində Mərkəz tərəfindən hansı işlər görülür?

-Tədbirlər Planına uyğun olaraq, hazırda Elmi Mərkəz yeni məhsuldar ipəkqurdu cinslərinin və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili, qabaqcıl texnologiyaların və innovasiyaların tətbiqi, beynəlxalq standartların tələbinə cavab verən barama və ipəkçilik məhsullarının istehsalı sahəsində elmi fəaliyyətini davam etdirir. Mərkəz öz fəaliyyətində dünya təcrübəsində ipəkçilikdə mövcud olan mütərəqqi texnologiyaların öyrənilməsi və tətbiqinə, yerli kadrların xaricdə ixtisaslaşmasının həyata keçirilməsinə və təcrübə mübadiləsinin təşkilinə, elmi-texniki əməkdaşlığın dairəsinin genişləndirilməsinə, həmçinin baramaçılıqda tələb olunan təlimat və metodiki vəsaitlərin hazırlanmasına və istifadənin təmin edilməsinə xüsusi diqqət ayırır. Regional Elmi Mərkəzin “Tut ipəkqurdunun seleksiyası” şöbəsində tədqiqatlar nəticəsində əldə edilmiş “Yaqub”, “Çingiz”, “ŞZEM-4”, “GE-143” tut ipəkqurdu cinslərinin, eyni zamanda, “ŞZEM-4 x GE-143”, “GE-143 x ŞZEM-4”, “Yaqub x Çingiz” və “Çingiz x Yaqub” hibridləri əsasında yeni məhsuldar təmiz cinslərin əldə edilməsi, müxtəlif mövsümlərdə onların genotiplərinin yemlənməsinin təşkili, adaptiv seleksiya metodundan istifadə etməklə ekoloji baxımdan dözümlü hibridlərin alınması məqsədilə işlər davam etdirilir. Apardığımız tədqiqatlar artıq öz müsbət nəticəsini göstərir. Bu günlərdə xoş xəbər aldıq. Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 2019-cu il 14 fevral tarixli əmrinə əsasən, patent almaq məqsədilə təqdim etdiyimiz “Yaqub” və “Çingiz” tut ipəkqurdu cinslərinə, eləcə də “Çingiz x Yaqub” və “Yaqub x Çingiz” ipəkqurdu hibridlərinə respublikanın müxtəlif bölgələrində becərilməsinə icazə və patent (müəllif hüququnun qorunması) verilib.

Baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin, yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi istiqamətində tərəfimizdən davamlı tədbirlər həyata keçirilir. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi, intensiv tipli yeni tut bağlarının salınması məqsədilə son illər Çindən ölkəmizə gətirilən tut tinglərindən 25 min ədədi Regional Elmi Mərkəzin təcrübə sahəsində əkilib. Bu il artıq həmin bağın məhsulundan istifadə edə biləcəyik.

- Regional Elmi Mərkəz bölgənin barama istehsalçıları ilə əlaqələr yaradıbmı?

- Baramaçılıq və ipəkçilik sahəsində fəaliyyət göstərən fermerlərə ödənişsiz məsləhət xidmətləri göstərmək, onları maarifləndirmək məqsədilə Elmi Mərkəz tərəfindən “Şimal-qərb bölgəsində çəkil tinglərinin yetişdirilməsi, tut ipəkqurdunun yemləndirilməsi və barama istehsalı” mövzusunda təlim proqramı hazırlanıb və bu proqram əsasında hər il kümçülər üçün təlimlər təşkil edilir. Yaxın günlərdə belə bir təlim Oğuz rayonunda reallaşacaq. Qeyd olunan mövzu üzrə xüsusi metodiki vəsait də hazırlanıb və təlimlər zamanı kümçülərə paylanılır. Bundan əlavə, Elmi Mərkəz tərəfindən ipəkçilik sahəsinə aid təlimatların hazırlanması və çap edilərək bölgənin fermerlərinə paylanılması da nəzərdə tutulur.

- Şəki Regional Elmi Mərkəzdə süni yemlə bəslənən tut ipəkqurdu üzərində təcrübələr də davam edir...

- Məlumat üçün bildirim ki, süni yemlə bəslənən tut ipəkqurdunun Azərbaycana gətirilməsinin təşəbbüskarı Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi olub. Biz Bolqarıstanın Vratsa İpəkçilik Stansiyasından “N2 x HP2 x I 1 x VB1”, “Super-1 x Hesa-2” və “Vr63 x L 22 x Nig 2 x Mer 6” hibridlərini, həmçinin onlara lazım olan süni yem gətirdik. “Süni yemlə bəslənən Bolqar hibridləri” üzərində tədqiqat işlərimiz üçüncü ildir ki, davam etdirilir. Əsas məqsədimiz yerli şəraitə uyğun tut ipəkqurdu nəsilləri yetişdirmək və mümkün dərəcədə, öz reseptimizlə süni yem hazırlamaqdır.

- Süni yemlə bəslənən tut ipəkqurdunun üstünlükləri nədədir?

- Belə tut ipəkqurdunun tətbiqi bu gün Azərbaycan şəraiti üçün bəlkə də perspektivsiz hesab oluna bilər. Lakin nəzərə alın ki, kümçü ilin bütün mövsümündə barama istehsal edə bilir. İstehsalın həcmi elə planlaşdırılır ki, baramanı “boğmağa”, qurudub anbarlara yığmağa ehtiyac qalmır. İstehsal olunan barama elə çiy-çiy açılmağa göndərilir. Qeyd edim ki, çiy baramanın açılması quru baramadan daha rentabellidir. Şübhəsiz ki, gələcəkdə barama istehsalı bu istiqamətdə gedəcək. Bu sahədə intensiv tədqiqatlar aparmasaq, sonra gec olacaq.

- Süni yemin tərkibinə nə daxildir?

Süni yemin tərkibinin əsas hissəsi 20-40 faiz qurudulmuş tut yarpağıdır. Ora müxtəlif duzlar, vitaminlər əlavə olunur. Süni yemi yalnız bu cür yemə uyğunlaşdırılan tut ipəkqurdları qəbul edir.

- Sonda gələcək planlarınız barədə məlumat verərdiniz.

- Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə hazırlanan "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılması və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Tək barama istehsal etməklə kənd yerlərində məşğulluğun lazımi səviyyədə təmin edilməsinə nail ola bilmərik. Dünyanın bir çox ölkələrində ailələr baramanı sadə üsullarla açmağı, sapı burmağı, parça toxumağı bacarır və il ərzində bu üsulla ailələrinə qazanc gətirirlər. Bu istiqamətdə vaxtında tədbirlərin görülməsi yerli və regional turizmin inkişafına da öz təsirini göstərəcək.

- Regional Elmi Mərkəzin bu sahəyə aid konkret planı varmı?

- Biz bu sahədə “ABAD” layihəsinə güvənirik. Onların köməyi ilə kurslar təşkil etməyi planlaşdırırıq. Lazım gələrsə, xaricdən də bu sahənin mütəxəssislərini dəvət edə bilərik.

- Maraqlı müsahibə üçün çox sağ olun.

Mustafa Dadaşov

AZƏRTAC-ın bölgə müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir