CƏMİYYƏT
Yusif Vəliyev: 2022-ci ildə könüllülər üçün müxtəlif düşərgələrin keçirməsi planlaşdırılır
Bakı, 5 dekabr, Elmir Səftərov, AZƏRTAC
Bildiyiniz kimi bu gün Beynəlxalq Könüllülər günüdür. Bu münasibətlə Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu təşkil olunub. Forumun ilk hissəndə 100-dən çox könüllü ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Bu fikriləri Azərbaycan Könüllülərinin lV Həmrəylik Forumunda AZƏRTAC-a müsahibəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev söyləyib.
Yusif Vəliyev deyib: “Hazırda Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan 20 təşkilatın sərgisi təşkili olunub. Həmin sərgidə könüllü təşkilatlar bir il ərzində göstərdikləri fəaliyyətlər, eyni zamanda, öz təşkilatları haqqında digər könülləri məlumatlandırıblar.
Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumunda ittifaqın bir il ərzində gördüyü işlərin hesabatı dinlənilib. Eyni zamanda, seçilmiş ilin 16 könüllüsü mükafatlandırılıb. 2022-ci ildə könüllülər üçün müxtəlif düşərgələrin keçirməsi planlaşdırılır. Bundan əlavə müxtəlif könüllü təşkilatlar yaradılması düşünülür. Bu da dövlət və həmin qurum arasında bir körpü rolunu oynaya bilər”.