Zaqatala rayon prokurorluğuna mediatur
Zaqatala, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 4-də Zaqatalada Baş Prokurorluq tərəfindən keçirilən konfrans çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Zaqatala rayon prokurorluğunun inzibati binasına mediatur təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inzibati binanın infrastrukturu barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.
Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah edilib.