Zaqatalada sonuncu zəlzələ zamanı tikililərə dəymiş ziyan dəqiqləşdirilir
Zaqatala, 15 oktyabr (AZƏRTAC). Zaqatala rayonunda oktyabrın 14-də baş vermiş sonuncu zəlzələ zamanı fərdi evlərə, məktəb binalarına və digər sosial obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti qurumlar tərəfindən yerlərdə araşdırmalar davam etdirilir.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, sonuncu yeraltı təkanlar rayonun 51 yaşayış məntəqəsində müəyyən fəsadlar törətmişdir. Rayonun Dombabinə, Faldarlı və Aşağı Tala kəndlərində 15 fərdi evin divarı uçmuş, evlər qəzalı vəziyyətə düşmüşdür. Bundan əlavə, mayda baş vermiş əvvəlki zəlzələlər zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) işçi qrupları tərəfindən bərpa-gücləndirmə və təmirə ehtiyacı olduğu müəyyənləşdirilən 3 minə yaxın fərdi ev yenidən zərər görmüş, divarlardakı çatlar böyümüşdür. Yeraltı təkanlar nəticəsində Faldarlı, Qandax, Uzun Qazmalar, Yolayrıc, Mosul kəndlərində məktəb binalarında təhlükəli çatlar əmələ gəlmişdir. Əvvəlki zəlzələlər zamanı zərər görmüş Danaçı kənd 1 saylı və Aşağı Tala kənd 3 saylı orta məktəblərin binaları qəzalı vəziyyətə düşdüyü üçün bu təhsil obyektlərinin fəaliyyəti dayandırılmışdır. Bundan əlavə, baş verə biləcək təhlükəni nəzərə alaraq, rayondakı uşaq bağçaları da FHN-in işçi qrupları tərəfindən rəy verilənədək qeyri-müəyyən müddətə bağlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]