Azərbaycan Dövlət İnformasiya Agentliyi

ZATULİN İNSTİTUTU GÜRCÜSTANLA AZƏRBAYCANI SAVAŞDIRA BİLMƏYƏCƏK

“Zatulinin institutu” adı ilə daha çox məşhur olan qalmaqallı MDB Ölkələri İnstitutunun “Zaqafqaziya” (Cənubi Qafqaz - qeyd AZƏRTAC-ındır) şöbəsinin rəhbəri Mixail Aleksandrov Azərbaycanın “1news.az” internet-nəşrinin müxbirinin suallarına cavab verərkən, Rusiya ilə Azərbaycanın bugünkü münasibətlərinin mahiyyətini əsla əks etdirməyən, necə deyərlər, adamın “qulağını deşən” bir neçə bəyanat səsləndirmişdir. Məsələn, Aleksandrov demişdir ki, əgər Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayarsa, bu münaqişədə KTMT-nin çevik əməliyyat qüvvələrindən istifadə ediləcəkdir. Rusiyalı politoloq öz mövqeyini izah edərək demişdir: “İş burasındadır ki, Rusiyanın müttəfiqi olan Ermənistanın xeyli vətəndaşı Dağlıq Qarabağda yaşayır və əgər Ermənistan kömək göstərməyimizi xahiş edərsə, biz, KTMT-nin Nizamnaməsinə görə, ona bu cür kömək göstərməyə sadəcə olaraq borcluyuq”.

Aydındır ki, bu bəyanat Rusiya dövlətinin rəsmi siyasətinə və dinamik inkişaf etməkdə olan Rusiya-Azərbaycan münasibətlərinə heç bir təsir göstərməyən, heç nəyi müəyyən etməyən sıravi rusiyalının fikrini ifadə edir. Görünür, KTMT-nin Nizamnaməsinə istinad edən cənab Aleksandrov ya həmin sənədlə heç tanış deyil, ya da onun müddəalarını özünün istədiyi kimi interpretasiya edir. Ona tövsiyə etmək istərdik ki, əvvəlcə, yaxşı olar ki, beynəlxalq hüquq üzrə mütəxəssisin iştirakı ilə, həmin Nizamnamənin mətni ilə tanış olsun və o mütəxəssis Aleksandrov üçün qaranlıq məqamları aydınlaşdırsın.

Bu da tamamilə aydındır ki, MDB Ölkələri İnstitutunun şöbə müdiri Dağlıq Qarabağda “Rusiyanın müttəfiqi olan Ermənistanın xeyli sayda vətəndaşının yaşadığını” dilə gətirərkən “etnik ermənilər” və “Ermənistan vətəndaşları” anlayışları arasında fərq qoymur. Etnik ermənilər bu gün dünyanın hər yerində yaşayır. Maraqlıdır, əgər İsrail Livanda yerləşən Hizbullah qruplaşmasına qarşı yenidən əməliyyat keçirməyi qərara alarsa, onda KTMT Beyrutun ermənilər yaşayan məhəllələrinə KÇƏQ desantı çıxaracaqmı? Efiopiyada da etnik ermənilər az deyil. Əgər onlar Darfurda baş vermiş humanitar fəlakətin nəticələrini öz üzərlərində bu və ya digər şəkildə hiss edərlərsə, KTMT-də Ermənistanın tərəfdaşları olan Qırğızıstan və Qazaxıstan qoşunlarını Efiopiyaya göndərməyi öz borcu hesab edəcəklərmi? KTMT-nin Nizamnaməsində bu barədə nə deyilir? Bu sənəd Özbəkistanın ilk çağırışı ilə Ermənistanı öz qoşunlarını etnik özbəklər, puştular və taciklər arasında münasibətlərin o qədər də xoşagələn olmadığı Əfqanıstana göndərməyə məcbur edəcəkmi? Əlbəttə, yox! Buna görə də Aleksandrovun KTMT Nizamnaməsinə istinad edərək, Kollektiv Çevik Əməliyyat Qüvvələrinin Dağlıq Qarabağ münaqişəsinə hökmən cəlb ediləcəyi barədə dedikləri yalnız onun şəxsi fikridir.

Azərbaycanın Dağlıq Qarabağ regionunda daimi və ya müvəqqəti yaşayan Ermənistan vətəndaşlarına gəldikdə isə, bu adamların pasportlarında müvafiq viza olmadan onların Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisində olması faktının özü Azərbaycanın miqrasiya qaydalarının pozulması deməkdir və bu pozuntu RF Federal Miqrasiya Xidmətinin RF ərazisində qanunsuz miqrantlara münasibətdə nəzərdə tutulan tədbirlərin nümunəsində, həmin insanların öz vətənlərinə deportasiya edilməsinə gətirib çıxarır. Buna görə də, Azərbaycanın müvəqqəti işğal edilmiş ərazilərində hərbi əməliyyatlar bərpa ediləcəyi təqdirdə əcnəbi vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin ən yaxşı üsulu müttəfiq ölkəni üçüncü ölkəyə “məhdud sayda beynəlmiləlçi döyüşçülər göndərməyə” çağırmaq yox, onların tezliklə öz vətənlərinə qayıtmasıdır.

Aleksandrova sual verilmişdir ki, əgər Yaponiya NATO-ya müraciətlə Kuril adalarının ona qaytarılmasına kömək göstərməyi xahiş edərsə, Moskvanın reaksiyası necə olardı? Bu sualın cavabında Aleksandrov demişdir ki, “yaponlarla ruslar arasında millətlərarası düşmənçilik yoxdur, azərbaycanlılarla ermənilər arasında isə bu cür düşmənçilik vardır və bu iki problemi müqayisə etməyə dəyməz”. Aleksandrovun sözlərindən belə çıxır ki, KTMT-nin Nizamnaməsinə əsasən, Rusiyanın bu münaqişəyə müdaxilə etməsi Ermənistanın öz müttəfiqlərinə müraciəti faktına görə deyil, ermənilərlə azərbaycanlılar arasında millətlərarası düşmənçilik olduğuna görə zəruridir. Bax, əgər bu düşmənçilik olmasaydı (yaxud düşmənçilik Tokionun çağırışına NATO-nun münasibət bildirməsi üçün açıq-aydın azlıq edən Rusiya-Yaponiya millətlərarası münasibətləri səviyyəsində olsaydı) və Ermənistan bu cür çağırışla müraciət etsəydi, KÇƏQ cəlb edilməzdi, ona görə ki, müdaxilə üçün ən başlıca “hüquqi şərt” olan emosiyalar lazımi səviyyədə deyil. Belə çıxır ki, əsas məsələ çağırış faktı deyil, çağırışın dərəcəsidir. Ancaq MDB Ölkələri İnstitutunda qəribə hüquqi terminlərdən istifadə edirlər, deyilmi? Görəsən, millətlərarası düşmənçiliyin başqa ölkələrə qoşun göndərilməsi üçün kafi olub-olmadığını hansı cədvəl üzrə ölçmək lazımdır? Bu barədə KTMT-nin Nizamnaməsində nə deyilir?

Aleksandrov heyrətini gizlətmir: “Rusiya Yerevanı işğal edilmiş yeddi rayonu sizə qaytarmağa çağırır, əvəzində Bakı Dağlıq Qarabağ sakinlərinin öz müqəddəratını təyin etmək hüququnu tanımalıdır. Gəlin, hər şeyə real, emosiyasız baxaq: axı, Dağlıq Qarabağ erməniləri sizinlə birlikdə yaşamaq istəmirlər, siz isə onları zorla özünüzə birləşdirmək istəyirsiniz. Bu insanlar yazıq deyilmi, məgər bu, humanistlikdirmi?”.

Əlbəttə, Aleksandrov sağ olsun ki, işğal edilmiş yeddi rayonu geri qaytarmağa çağırır, lakin Azərbaycan da beynəlxalq hüququn 1975-ci il Helsinki Yekun Aktında ifadə edilmiş normalarına müvafiq olaraq Dağlıq Qarabağ sakinlərinin öz müqəddəratını təyin etməsinə heç vaxt etiraz etməmişdir. Çox güman ki, rusiyalı politoloqu çaşdıran başqa məsələdir. Ona bildirmək istərdik ki, Dağlıq Qarabağın əhalisi təkcə, ola bilsin ki, bir hissəsi həqiqətən Azərbaycanın tərkibində yaşamaq istəməyən ermənilərdən yox, həm də eyni qayda ilə Azərbaycandan kənarda yaşamaq istəməyən azərbaycanlılardan ibarətdir. Azərbaycan icmasının istəyinə rəğmən bu diyarı zorla Azərbaycandan ayırmağa çalışanlar da məhz ermənilərdir. Ona görə də tamamilə haqlı olaraq, Aleksandrovun özünə eyni sualı vermək olar: məgər bu, qaçqınlara münasibətdə humanistlikdirmi, məgər bu insanlara yazığınız gəlmirmi?

Aleksandrov həm də Bakını NATO-ya daxil olmaqdan çəkindirir, çünki onun təbirincə desək, “əks halda Azərbaycan hətta işğal edilmiş bu yeddi rayonun qaytarılmasını da görməyəcəkdir”. Onun fikrincə, “bu halda Rusiya Dağlıq Qarabağa öz qoşunlarını yeridəcək və onu özü müdafiə edəcəkdir. Lakin Bakı oyunun qaydalarına riayət edərsə və Qafqaz qayığını yırğalamasa, gələcəkdə Moskva ona Dağlıq Qarabağın müqabilində Gürcüstanın Marneuli rayonunu təklif edə bilər.

Əlbəttə, anlayırıq, Zatulin İnstitutunun əməkdaşı qardaş gürcü və azərbaycan xalqlarını savaşdırmağa çalışır. Lakin onu məyus etməyə məcburuq - ermənilərdən fərqli olaraq, azərbaycanlılar bircə dəfə “fas” komandası verilən kimi öz ağalarının düşmənləri üzərinə hücum etmirlər və yuxarıdan verilən sifarişlə öz qonşularına iddialar irəli sürmürlər. Çox şübhəli ad çıxarmış MDB Ölkələri İnstitutu Gürcüstanla Azərbaycan arasında və Rusiya ilə Azərbaycan arasında münasibətləri korlaya bilməyəcək və bu institutun rəhbərliyi “ötən əyyam” üçün qəribsəmiş moskvalı politoloqlardan ötrü həmişəlik itirilmiş regionların xəritəsini öz istədikləri kimi cızmaq əvəzinə, öz ölkəsinin problemləri ilə məşğul olsalar yaxşıdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub