Zaur Mikayılov: Hədəf hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməkdir
Sabirabad, 24 iyun, AZƏRTAC
İqlim dəyişiklikləri və su ehtiyatlarına artan təzyiq şəraitində kənd təsərrüfatında su resurslarından səmərəli istifadə xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirədə deyib.
ADSEA sədri vurğulayıb ki, bu gün qarşıda duran əsas vəzifələrdən biri yalnız daha çox su ilə təminat deyil, hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməyə əsaslanan, iqlim dəyişikliklərinə davamlı model formalaşdırmaqdır.
O qeyd edib ki, bu məqsədlə ənənəvi selləmə suvarma üsullarından mərhələli şəkildə imtina olunmalı, damcı və pivot texnologiyalarının, eləcə də lazer hamarlama və tirələrə ayırma kimi müasir aqrotexniki üsulların tətbiqi genişləndirilməlidir. Bu yanaşma həm suya qənaətə, həm məhsuldarlığın artırılmasına, həm də torpaqların şorlaşmasının qarşısının alınmasına xidmət edir.
Müxbir - Aydın Yavərzadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [21:23]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [16:51]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [11:33]
Naxçıvanda avqust ayının pensiyaları ödənilib
- 08.08.2026 [10:01]
Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi
- 08.08.2026 [01:01]
İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb
- 07.08.2026 [21:42]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:24]
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]