Zavoddan oğurluq etmiş şəxslər yaxalanmışlar
Bakı, 20 noyabr (AZƏRTAC). Paytaxtın Nərimanov rayonundakı “Baku Steel Company” zavodunda mülki mühafizəçi işləyən Bakı sakini Arzuman Əhmədov Biləsuvar rayon sakini Elman Məmmədov və Qax rayon sakini Aslan Kərimovla birgə oradan iyirmi ton qara metalı oğurlayıb “KamAZ” markalı avtomobildə apararkən rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar.
Kürdəmir Rayon Elektrik Şəbəkəsinə məxsus elektrik kabelinin 200 metrlik hissəsi oğurlanmışdır. Oğurluğu törətmiş Zamiq Əliyev rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla əlaqədar cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]