Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfərə aparan yol

Zəfərə aparan yol

Bakı, 11 noyabr, AZƏRTAC

Bizi böyük Zəfərə çoxşaxəli yol apardı. Torpaqlarımızın işğaldan azad olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində uzunmüddətli danışıqlar aparıldı. İşğalın sülh yolu ilə həll edilməsi üçün tərəflərə müxtəlif layihələr təqdim edilirdi. Buna baxmayaraq, dövlətimiz sülh danışıqları ilə yanaşı, müharibə variantını da unutmurdu. Doğrudur, bəzi ölkələr və beynəlxalq təşkilatlar Qarabağ məsələsində müharibə variantının olmadığını dəfələrlə təkrarlayır, bunun ediləcəyi təqdirdə bizə qarşı müxtəlif sanksiyaların ola biləcəyi təəssüratını yaradırdılar. Hətta müharibənin olmaması üçün ölkəmizin öhdəlik götürməsini də istəyirdilər. Amma Azərbaycan məqsədinə çatmaq üçün maraqlarına uyğun siyasi xəttini davam etdirirdi. Dövlət çox gözəl bilirdi ki, digər vasitələri təmin etmədən güclü Ordumuz olsa belə, müharibədə qalib gəlmək və qələbəni rəsmiləşdirmək qeyri-mümkündür. Ona görə qələbəyə aparan bir neçə yolu paralel şəkildə inkişaf etdirirdi.

İntibah dövrünün görkəmli italyan siyasi xadimi Nikolo Makiavelli (1469-1527) dövlətin istədiyinə nail olması üçün 4 şərtin vacib olduğunu qeyd edirdi; birincisi, dövləti idarə edən lider və ona inam, ikincisi, güclü ordu, üçüncüsü, dövlətdə iqtisadi-siyasi sabitlik, dördüncüsü isə ölkədə xalqın birliyi.

Makiavellinin bu şərtləri 500 il əvvəl deməsinə baxmayaraq, günümüzdə də qüvvədədir. Amma dünyada mövcud siyasi vəziyyət digər şərtin də olmasını zəruri edir ki, bu da beynəlxalq aləmdə dövlətlər və təşkilatlarla düzgün siyasi əlaqələrin qurulmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadənın “Zəfərə aparan yol” sərlövhəli məqaləsində yer alıb.

Dövləti idarə edən uzaqgörən lider

Qələbəni təmin etmək üçün bu zamana kimi çox eşitdiyimiz, amma mahiyyətini bir çoxumuzun bilmədiyi “uzaqgörən və məqsədyönlü” siyasət həyata keçirilirdi.

Prezident İlham Əliyevin siyasi savadı və təcrübəsi dövlətin istədiyinə nail olması üçün yuxarıdakı beş prinsipi özündə əks etdirən “Dəmir yumruq” siyasətini formalaşdırırdı ki, bununla da istənilən nəticə təmin olunmalı idi.

Azərbaycanda dövləti idarə edən siyasi lider və müharibə zamanında Qələbəni təmin edə biləcək Ali Baş Komandan vardı.

Son nəsil silahlarla təmin edilən və onları idarəetmə qabiliyyətinə malik olan güclü, vətənpərvər ordu formalaşdırılmış, ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün siyasi, iqtisadi əlaqələrlə yanaşı, hərbi sahədə də dövlətlərlə “Strateji əməkdaşlıq haqqında” müqavilələr bağlanaraq güclü təminat yaradılmışdı.

Sosial-iqtisadi inkişafı təmin etmək, bu sahədə sabitliyi qorumaq üçün iqtisadiyyatın bütün sahələri öyrənilir, bu sahədə yüksək nəticəyə nail olmaq üçün “yol xəritələri” hazırlanaraq icraata yönəldilmişdi.

Ölkədə siyasi sabitliyin təmin edilməsi üçün mövcud siyasi qüvvələrin bir çoxu ilə ümumrespublika əhəmiyyətli məsələlərə dair həmrəylik təmin olunmuşdu. Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün təmin olunması sahəsindəki siyasi xətti və işğalla barışılmayacağı istiqamətində apardığı mübarizəsi xalq tərəfindən yekdilliklə qəbul edildi. Həmçinin torpaqlarımızın işğaldan azad edilməsinin alternativi olmadığını, bunun üçün həm siyasi, həm də hərbi yolların aktiv olduğu mesajı dəfələrlə dünya ictimaiyyətinə çatdırılırdı.

Xarici ölkələrlə və beynəlxalq təşkilatlarla
səmərəli siyasi əlaqələr

Müharibə variantında Qələbənin təmin edilməsi üçün vacib olan şərtlərdən biri də dövlətlərlə və beynəlxalq təşkilatlarla düzgün siyasi əlaqələrin qurulmasıdır. Çünki bu şərt müharibə zamanı digər qüvvələrin siyasi, silah və əsasən fiziki müdaxilə etməməsini və əldə edilən Qələbənin rəsmiləşdirilməsini özündə ehtiva edirdi.

Amma bunun üçün ikiüzlü dövlətlərin və beynəlxalq təşkilatların neytrallaşdırılması lazım idi. Bununla bərabər, 100 ilə yaxındır formalaşmış dünyanın super güclərinə və beynəlxalq təşkilatlarına kifayət qədər təsir etmək imkanında olan, bir çox ölkələrin siyasi hakimiyyətlərinin formalaşmasında, seçkilər zamanı təbliğatın aparılmasında maliyyə dəstəyi edən erməni lobbisinin zərərsizləşdirilməsi də vacib faktorlardan idi.

Torpaqlarımızın düşmənin əlində olması, onun xristian mənsubiyyəti və dünyanın xristian təəssübkeşliyi Ermənistanın xeyrinə olan səbəblərdən idi. Düşmənin məsələni bir çox hallarda dini müstəviyə çəkmə cəhdləri, münaqişənin beynəlxalq hüququn “dövlətlərin ərazi bütövlüyünün” toxunulmazlığı ilə deyil, “millətlərin öz müqəddəratını təyin etmə” prinsipi ilə həll edilməsinə çalışılması da çətinlik yaradan məqamlardan idi.

İşğal olunmuş torpaqların bizə aid olduğunu göstərən tarixi sənədlər olan 1805-ci il “Kürəkçay”, 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələri, ondan sonrakı dövrlərə aid olan kifayət qədər sübutedici sənədlərin, ən əsası işğal faktını təsdiqləyən, ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən BMT-nin qətnamələri olsa da, “ikiüzlü” dünya haqqımızın təmin olunması üçün heç bir addım atmırdı.

Azərbaycan bu məsələdə beynəlxalq siyasətinin qarşısında duran maneələri zərərsizləşdirmək üçün yuxarıda göstərdiyim kimi “uzaqgörən və məqsədyönlü” siyasət apardı. Avropanın enerji təhlükəsizliyini təmin edəcək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP və TANAP kimi beynəlxalq layihələri uğurla həyata keçirməklə siyasi fürsətlər əldə etdi və iqtisadi inkişafını sürətləndirdi.

Bu layihələr vasitəsilə ölkəmiz dünyaya tanıdılır, müsbət imici formalaşdırılaraq sivil, intellektli, multikultural və çoxmillətli cəmiyyət, müasir dövlət olmağımız təqdim olunurdu.

Erməni lobbisinin güclü təsirə malik olduğu dövlətlərlə və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi və mədəni əlaqələr gücləndirilmişdi. Ölkəmizin xeyrinə müsbət düşüncənin formalaşdırılması, əks-təsirin azaldılması üçün beynəlxalq təşkilatlarla əlaqələr qurulurdu. Bununla paralel olaraq alternativ beynəlxalq qurumlar öyrənilməklə ölkəmizin təsir imkanlarının artırılması üçün tədbirlər görülmüşdü. Bunlara ən bariz nümunə Qoşulmama Hərəkatı ilə bağlıdır. Hesab edirəm ki, erməni lobbisinin və ermənipərəst dövlətlərin qarşısına sədd olaraq çəkilmiş ən uğurlu beynəlxalq siyasi addımlardan biri Qoşulmama Hərəkatı idi. Qoşulmama Hərəkatında 120 dövlət, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat vardı.

Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Qoşulmama Hərəkatı öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir.

Hərəkata qoşulma səbəblərindən biri də təşkilata üzv ölkələrin sayının çoxluğundan və təsirindən istifadə edərək ermənipərəst dövlətlərin beynəlxalq təşkilatlarda ölkəmizə qarşı çıxa biləcək haqsız qərarlarının qarşısını almaq, beynəlxalq məsələlərin müzakirəsi üçün geniş bir platformadan uğurla istifadə etmək idi.

Ölkəmiz bu üstünlükdən istifadə edərək müharibənin davam etdiyi vaxt əleyhimizə çıxa biləcək qərarın BMT Təhlükəsizlik Şurasında baxılmasının qarşısını ala bilmişdi.

Ermənistan rəhbərliyinin mümkünsüz tələbləri, yeni müharibə, yeni torpaq planları sülh danışıqlarının nəticəsizliyinə gətirib çıxardı. Elə buna görə də Azərbaycan 27 sentyabr 2020-ci ildə əks-hücumla Vətən müharibəsinə başladı. Dövlət torpaqlarımızın işğaldan azad edilməsi üçün davamlı və uğurlu addımlarla siyasi mühit formalaşdırmış, əleyhimizə verilə biləcək qərarların qarşısının alınması üçün tədbirlər görülmüşdür.

Müharibənin gedişinə fiziki müdaxilə edilə bilinməsi ehtimal olunan qüvvələrə qardaş Türkiyə ilə qurulmuş siyasi-hərbi müttəfiqlik balanslaşdırılmışdı. Bununla yanaşı, regionun geostrateji fürsətlərindən, əlverişli kommunikasiya vəziyyətindən Ermənistanın yaratdığı işğal faktına görə istifadə edilə bilinmirdi. Buna görə də Şərq-Qərb dəhlizinin açılmasında maraqlı olan ölkələri yanımıza çəkə bilmək imkanı da yaranmışdı.

Bir çox daxili və xarici faktorları dövlətimizin xeyrinə formalaşdırmaqla əlverişli siyasi mühitin yaradılması Qələbənin təmin edilməsi üçün əvəzedilməz fürsət verdi.

Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr-10 noyabr 2020-ci tarixlərində dünyanın gözünün içinə baxaraq, 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı azad etdi. Bununla da Azərbaycan BMT-nin erməni qüvvələrinin işğal olunmuş torpaqlarımızdan çıxarılmasına dair məlum qətnamələrini də özü icra etmiş oldu.

Bu Qələbə təkcə 30 illik işğalın yox, 200 illik erməni düşmənçiliyinin cavabı idi. Bu Qələbə böyük Ermənistan planının məhv edilməsi, onların bu planı yerinə yetirmək üçün növbəti pilləni keçmələrinin qarşısının alınması idi.

Azərbaycan Ordusu qarşısında param-parça olan, minlərlə itki vermiş, yüzlərlə ağır texnikası, hava hücumundan müdafiə vasitələri məhv edilmiş və ya hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan dövləti 10 noyabr 2020-ci ildə Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin imzaladığı Üçtərəfli Bəyanatla rəsmi şəkildə təslim olduğunu qəbul etdi.

Bəyanata uyğun olaraq erməni işğalçıları zəbt etdikləri Laçın, Kəlbəcər və Ağdam rayonlarından verilmiş tarixə uyğun olaraq çıxdılar. İşğal altında olan rayonlarımız itkisiz, amma müharibənin yaratdığı siyasi vəziyyətə görə azad olundu. Bildirim ki, Laçın və Kəlbəcər ərazisinə görə işğal altında olan rayonların ən böyükləridir və ərazilərinin böyük hissəsi də dağlıqdır. Bu rayonların döyüşsüz işğaldan azad olunması əlavə itkilərimizin qarşısını aldı.

Bəyanatın şərtlərinə uyğun olaraq rayonlarımızdan öz hərbi qüvvələrini çıxarması Ermənistanın rəsmi şəkildə işğalçı olduğunu qəbul etməsidir. Bilirsiniz ki, Ermənistan uzun müddət idi ki, torpaqların hansısa bir qondarma respublika tərəfindən işğal olunduğunu, həmin qüvvələrin onlara aid olmadığını bildirirdi. Əlbəttə, bu Bəyanatın Ermənistan tərəfindən imzalanmasının digər əhəmiyyəti odur ki, biz işğalçının hərəkətlərinə beynəlxalq hüquqi qiymət verilməsində maddi sübut kimi istifadə edə biləcəyimiz rəsmi sənəd əldə etmiş olduq.

Bəyanatın doqquzuncu bəndi bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur

Üçtərəfli Bəyanatın şərtlərindən (9-cu bənd) biri də bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasıdır. Bu şərtə əsasən Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi yaradılır. Ermənistan respublikası da bu əlaqədən istifadə edən Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinə və təhlükəsizliyinə zəmanət verir.

Bu hərəkət xəttini biz Zəngəzur dəhlizi olaraq adlandırırıq və bunun bizim üçün iqtisadi, kommunikasiya üstünlükləri ilə yanaşı, tarixi əhəmiyyəti də çox böyükdür. Bilirik ki, dəhlizin keçəcəyi Zəngəzur bizim tarixi torpaqlarımızdır və 100 il bundan öncə Ermənistana verilib. Doğrudur, həmin tarixi torpağa qarşı bizim rəsmi iddiamız yoxdur, amma gözümüz olmasa da, könlümüz oradadır. Həmin torpaqlardan zorla köçürülmüş hər bir azərbaycanlı və ümumiyyətlə hər bir vətəndaşımız həmin tarixi torpaqlarımızı görmək istəyir.

Zəngəzur dəhlizinin açılması Azərbaycanın geostrateji önəmini daha da artırır. Qısa yol vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə xətti formalaşır. Şərq-qərb, Avropa ilə Asiya üzərində körpü rolunu oynayan ölkəmiz üçün böyük tranzit imkanları yaradır. Əlbəttə ki, bu dəhliz region ölkələri, eləcə də səfil vəziyyətdə olan Ermənistan üçün də böyük fürsətlər açır. Türkiyə vasitəsilə Avropaya, açıq dənizlərə, Azərbaycan ərazisindən keçməklə Rusiyaya çıxışı olur.

Ermənistanın kapitulyasiyası

Üçtərəfli Bəyanatın imzalanması qaydası və şərtlərinin mahiyyətinə, məzmununa baxdıqda aydın olur ki, bu Ermənistan üçün kapitulyasiya aktıdır. Xatırladım ki, Bəyanat imzalanan zaman Ermənistanın baş naziri yox idi və o, ölkəsindəki iğtişaşçılardan qorxaraq haradasa gizlənmişdi.

Kapitulyasiya aktının imzalanmasından bir il keçir və Azərbaycan üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri uğurla aparılır.

Ermənistan beynəlxalq hüququn ən qeyri-ciddi üzvü olduğunu imzaladığı kapitulyasiya aktının şərtlərini yerinə yetirməsində də göstərir.

Məğlub ölkənin bəzi siyasətçilərindən revanş səsləri gəlsə də, bildirim ki, bunların heç bir hərbi, siyasi, mənəvi, iqtisadi reallığı yoxdur. Çünki hərbi baxımdan tam darmadağın olublar, ölkədə inamsızlıq, acizlik hökm sürür, birlik yoxdur. Azərbaycanın hərbi qüdrətinin şahidi olan Ermənistanda hamı yaxşı başa düşür ki, onların Ordumuzun qarşısında tab gətirəcək imkanları yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, dəmir yumruq yerindədir və düşmənin başını əzməyə hər an hazırdır. Əlbəttə, Azərbaycan dövlətinin gücü, onun liderinin siyasi iradəsi bu sahədə qarşıya qoyulan məqsədlərə çatacağımızın göstəricisidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub