Zelenski: Ukraynaya edilən hava hücum silahlarının tərkibində 82 mindən çox xarici komponent var
Kiyev, 9 mart, AZƏRTAC
Rusiya bir həftə ərzində müxtəlif növ silahlarla Ukraynaya yüzlərlə hücum həyata keçirib, mindən çox bomba və yüzlərlə hücum dronu atıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media səhifələrində məlumat verib.
Dövlət başçısının sözlərinə görə, son bir həftə ərzində Rusiya Federasiyası Ukrayna ərazisinə 1200-ə yaxın idarəolunan aviasiya bombası, 870-ə yaxın hücum dronu və 80-dən çox müxtəlif təyinatlı raket atıb.
“Rusiyanın istifadə etdiyi hər bir “Şahed”, hər bir aviasiya bombası, xüsusən də sanksiyalardan yayınmaq üçün verilən komponentləri ehtiva edir. Bu silahların tərkibində 82 mindən çox xarici komponent var”, - deyə o bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna hava hücumundan müdafiə təchizatı, müdafiə istehsalına investisiyalar və Rusiyaya qarşı sanksiyaların artırılması üçün tərəfdaş ölkələrlə işləyir.
“Biz ədalətli sülhü yaxınlaşdırmaq və etibarlı təhlükəsizlik təminatlarını təmin etmək üçün işimizi davam etdiririk”, - deyə Zelenski əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]